Tarix : 2010 Nov 05
Kod 19457

“Həm hakimiyyətdə, həm də müxalifətdə sionizmə xidmət edən şəbəkə var”

Bunu deputatlığa namizəd Elxan Şükürlü bəyan edir
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə,“Ədalət” Partiyası sədrinin müavini Elxan Şükürlü “Qafqazinfo”ya müsahibəsində Azərbaycanda istər hakimiyyət daxilində, istərsə də müxalifətdə beynəlxalq sionizmə qulluq edən şəbəkənin olduğunu bəyan edib. O, bunları söyləyib:

“Hakimiyyətin içində maraqları xarici güc mərkəzlərinin, xüsusən də beynəlxalq sionizmin maraqları ilə üst-üstə düşən böyük bir qruplaşma var ki, onların qənaətincə Azərbaycandakı parlament seçkilərinə demokratik imic vermək üçün əvvəllər hakimiyyətə qarşı çox radikal çıxışlar edən, ancaq indi kəndiri hakimiyyətin əlində olan bəzi şəxsləri Milli Məclisə keçirmək, sonra da onların iştirakı ilə müəyyən beynəlxalq proyektlərin həyata keçirilməsinə ictimai dəstək almaq lazımdır.”

Deputatlığa namizəd fikirlərinin davamında bunları vurğulayıb: “Bu, bir nəfərdən ibarət deyil, həm hakimiyyətin içində, həm də müxalifətdə olan böyük bir şəbəkədir. Bu qüvvələr son vaxtlar çalışırlar ki, nəyin bahasına olursa-olsun Qərbin Qarabağla bağlı sülh planını prezident İlham Əliyevə qəbul etdirsinlər. Çünki bu problemin həlli Qərbin Cənubi Qafqaza girişini sürətləndirəcək. Ancaq İlham Əliyev, Ramiz Mehdiyev və digər bir neçə şəxs təklif olunan təslimçi sazişin ölkəmizə qəbul etdirilməsinə imkan vermirlər və Qərbə də izah edirlər ki, belə bir sazişin imzalanması Milli maraqlara uyğun olmadığından, Azərbaycanda xaos, gərginlik yarda bilər. Ancaq çox təəssüf ki, ölkənin içində həm hakimiyyətdə, həm də müxalifətdə olan müəyyən qüvvələr çalışırlar ölkə rəhbərliyini inandırsınlar ki, ictimai rəyi imzalanacaq sülh sazişinə hazırlamaq mümkündür və bunun üçün bir neçə tanınmış müxalifət liderini və qəzet sahibini parlamentə buraxmaqla məsuliyyəti paylaşmaq olar.”

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Nov 05