Tarix : 2010 Nov 05
Kod 19459

Polşadan Ermənistana dəstək

Dövlət naziri Azərbaycana qarşı çıxdı
Ermənistan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Polşanın dövlət naziri Yaçek Nayder Azərbaycan Respublikasına qarşı ermənilərə NATO Parlament Assambleyasında dəstək vəd edib.

“Azərbaycanın NATO Parlament Assambleyasının gündəliyinə “işğal edilmiş ərazilər” ifadəsi ilə qətnamənin daxil edilməsi ilə bağlı təşəbbüsü yolverilməzdir”. Bunu Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan Varşavada Polşanın xarici işlər dövlət naziri Yaçek Nayderlə görüşdə deyib. Onun sözlərinə görə, danışıqlar prosesinin intensiv mərhələsində ehtirasları qızışdırmağa ehtiyac yoxdur. Artur Baqdasaryan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu formatında nizmlanmalıdır. Erməçnistan rəsmisi hesab edir ki, müxtəlif beynədxalq strukturlara bu cür qətnamələrin təqdim edilməsi danışıqlara ziyan vurur.

Polşalı nazir Yaçek Nayder də Artur Baqdasaryanı dəstəkləyib. O, bəyan edib ki, ölkəsi “yolverilməsi ifadələrlə qətnamənin NATO Parlament Assambleyasında qəbul edilməməsində erməni tərəfinə yardım etməyə hazırdır”.

Qeyd edək ki, noyabrın 13-dən 16-dək Varşavada keçiriləcək NATO Parlament Assambleyasının iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Kanadalı məruzəçi Raynell Andreyçuk tərəfindən hazırlanmış qətnamə layihəsi və ona əlavələr Assambleyanın noyabrın 14-də keçiriləcək iclasında səsverməyə çıxarılacaq.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 05