Tarix : 2010 Nov 06
Kod 19460

Gürcüstanda casusluqda ittiham olunan 13 nəfər həbs olunub

Tutulanlardan dördü Rusiya vətəndaşıdır
Gürcüstan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Gürcüstan Rusiya ordusuna casusluqda ittiham olunan dördü Rusiya vətəndaşı da daxil olmaqla, 13 nəfərin həbs olunduğunu bildirib.

Məlumata görə, casusluqda ittiham olunanların həbsi oktyabr ayında baş verib. Rusiya rəsmiləri vəziyəti nəzərdən keçirdiklərini bəyan ediblər.

Artıq ekspertlər bildiriblər ki, həbslər Rusiya ilə Gürcüstan arasında onsuz da soyuq olan münasibətləri bir az da gərginləşdirəcək.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstan və Rusiya arasında beş günlük müharibə baş vermişdi. Nəticədə Rusiya qoşunları Cənubi Osetiyaya daxil olmuş və üstəlik, rəsmən Gürcüstan ərazisi olan bu separat bölgənin müstəqilliyini tanımışdır.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Nov 06