Tarix : 2010 Nov 06
Kod 19462

2 SAYLI DAİRƏDƏ NƏTİCƏLƏR ARTIQ MƏLUMDUR

Deputatlığa iddialı deyir ki, protokolda məntəqə üzrə 1200 seçicinin 900-ə yaxınının seçkilərdə iştirak etdiyi və hansı namizədə nə qədər səs verildiyi qeyd olunub
Azerbaijan servisi/Aran agentliyi

“2 saylı Şərur seçki dairəsində artıq qalib müəyyən edilib və protokollar yazılıb”. Bunu AzadlıqRadiosuna “AXCP-Müsavat” seçki blokunun həmin dairədən namizədi Səxavət Əliyev bildirib. Onun sözlərinə görə, adını siyahıda tapmaq üçün 3 saylı seçki məntəqəsinə gedən bir seçici məntəqə sədrinin otağında gördüyü hazır protokolu gətirib ona verib.

Deputatlığa iddialı deyir ki, protokolda məntəqə üzrə 1200 seçicinin 900-ə yaxınının seçkilərdə iştirak etdiyi və hansı namizədə nə qədər səs verildiyi qeyd olunub. Səxavət Əliyev:

“10 bülleten etibarsız sayılıb. Qalan 860-dan 660-ı yazılıb mənim YAP-dan olan rəqibim İsa Həbibbəylinin adına. 37 səs mənim, 47 səs namizədliyini geri götürmüş Cavanşir Əliyevin, 126 səs isə Fərəməz İbrahimovun adına yazılıb. Tarix qeyd olunub: 7 noyabr, gecə saat 12-nin yarısında guya bunlar artıq protokolu yazıblar. Bütün məntəqə üzvlərinin adı, soyadı yazılıb. Noyabrın 5-dən İsa Həbibbəylinin qalib gəldiyini artıq təsdiq ediblər. Halbuki, bu protokollar seçkiyə bir gün qalmış məntəqələrə bülletenlərlə birlikdə verilməlidir”.

Səxavət Əliyev deyir ki, aldığı məlumata görə, əksər məntəqələrdə vəziyyət belədir.

2 saylı Şərur seçki dairəsinin sədri Kamal Ələkbərov isə deyilənləri şantaj, böhtan adlandırır. O bildirir ki, belə bir şey mümkün deyil. Protokollar qanunla müəyyən olunmuş qaydada, səsvermə başa çatdıqdan sonra yazılır. Əgər namizədin belə bir narahatçılığı varsa, dairəyə müraciət etsin.  

  • Yazılıb
  • da (də) 2010 Nov 06