Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb
Azerbaijan servisi/Aran agentliyi
Noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların bloklarının seçkiqabağı təşviqatının aparılması müddəti başa çatıb.
APA-nın məlumatına görə, Azərbaycanın Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat noyabrın 6-da saat 8.00-da yekunlaşıb.
Təşviqat kampaniyası oktyabrın 15-də başlanıb, 23 gün davam edib.
Qeyd edək ki, seçkilərdə 125 yer uğrunda 690 namizəd mübarizə aparır.