Beynalxalq servisi/Aran agentliyi
Norveçli rejissor qadın Vibeke Lokkebergin "Qəzzanın göz yaşları" filmi böyük rezonans yaradıb. Yazıçı-rejissor Vibeke Lokkeberg çəkdiyi yeni sənədli filimlə bir neçə kino-festivalda iştirak etdikdən sonra, vətəni Norveçə qayıdaraq “Qəzzanın göz yaşları” adlı filmini Norveç kinoteatrlarında nümayiş etdirməyə başlayıb. “Film Qəzza müharibəsinin dinc sakinlər üzərində qorxunc təsirindən danışır. Çox təəssüf ki, uşaqların, qadınların heç bir günahları olmasa da, onlar bu dəhşətli müharibənin qurbanlarına çevrilirlər”,- Lokkeberg deyib.