Tarix : 2010 Nov 07
Kod 19480

Şəhidlərin cəsədləri paytaxta yetişib

artıq şəhidlərin cəsədlərini gətirən avtomobil karvanı Bakıya yetişib
Azərbaycan servisi/Aran agentliyi

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ordusu ilə döyüşlərdə şəhid olmuş Milli qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədləri Azərbaycan tərəfinə təhvil verilib.

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, artıq şəhidlərin cəsədlərini gətirən avtomobil karvanı Bakıya yetişib.

Əllərində bayraqlar və şəhidlərin fotoşəkillərini tutan dindarlar onları paytaxtın girəcəyində qarşılayıb və yol boyu şüarlar səsləndirərək müşaiyət edib.

Şəhidlərin cəsədləri Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinə gətirilib.

Burada da böyük izdiham tərəfindən şüarlar səsləndirilib.

Qeyd edək ki, şəhidlərin cəsədlərinin yanına yalnız onların yaxın qohumları buraxılıb. 

  • Yazılıb
  • da (də) 2010 Nov 07