Tarix : 2010 Nov 07
Kod 19481

Azərbaycan r-da Milli Məclisə seçkilərdə səsvermə başlayıb

125 deputat yeri uğrunda 690 namizəd mübarizə aparır
Azərbaycan servisi/Aran agentliyi

125 deputat yeri uğrunda 690 namizəd mübarizə aparır.

Bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilir.
Artıq səsvermə başlayıb.
Seçki məntəqələri saat 8.00-da seçicilərin səs verməsi üçün açılıb.

Seçicilərin aktivliyi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək.
İlkin nəticələrin isə gecə saatlarında açıqlanacağı və MSK-nın rəsmi saytında yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçici var. 

  • Yazılıb
  • da (də) 2010 Nov 07