Zərdüşt Əlizadə: ''Dünya dağılsa da seçki saxtakarlığı texnologiyası saat dəqiqliyi ilə hazırlanır və günün sonunda hakimiyyətin istədiyi namizəd qutudan çıxır''
Azərbaycan servisi/Aran agentliyi
Bir vaxtlar var idi ki, parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi fəallıq da artırdı. Hətta müxalif düşərgə inqilab əhval-ruhiyyəsi ilə yaşayır, özünü hakimiyyətdə görür-dü. Amma yüksək siyasi fəallığın belə bir dönəmində heç nə dəyişmədi. Yenə də hə-min parlament, yenə də 5-6 müxalifət təmsilçisi. Buna baxmayaraq seçkilərin bu dəfə daha demokratik şəraitdə, ədalətli və şəffaf keçiriləcəyi barədə fikirlər səslənir. Əlbət-tə, hər şey sabah daha dəqiq bilinəcək. Ancaq politoloq Zərdüşt Əlizadə ilə söhbəti-mizdə bu və digər məsələlərə elə indidən aydınlıq gətirməyə çalışdıq.
- Zərdüşt bəy, Azərbaycandakı seçkiləri necə dəyərləndirirsiz?
- Əvvəla onu deyim ki, Azərbaycanda seçki kampaniyası deyil, seçki mərasimi keçiri-lir. Gəlin, belə bir müqayisə aparaq ki, məsələn, yas mərasimində hamı, hətta mər-hum üçün tamamilə yad, biganə adamlar toplaşır, boğazdan yuxarı "Allah rəhmət elə-sin" deyir, sonra da oturub ehsan yeyir, mərhuma aidiyyəti olmayan məsələləri müza-kirə edərək dağılışırlar. Azərbaycandakı seçkilər də elə bunun kimidir. Yaz fəslindən başlayaraq seçki mərasiminə hazırlaşır, "müxalifətə" 3-4 yer ayırır, qalanlarını isə öz-ləri mənimsəyirlər. Seçiləcək şəxslərin siyahısı əvvəlcə MSK-ya, ordan DSK-lara, so-nuncudan isə məntəqə seçki komissiyalarına ötürülür. Bundan sonra bir addım sağa, ya sola atmaq mümkün deyil. Dünya dağılsa da seçki saxtakarlığı texnologiyası saat dəqiqliyi ilə hazırlanır və günün sonunda hakimiyyətin istədiyi namizəd qutudan çıxır. Mən 2005-ci il parlament seçkilərini belə gördüm. O vaxt mənim dairəmdə 29 məntə-qə var idi. Onun 27-də Həsən Kərimov qalib gəlmişdi. Bayıl təcridxanasında və Hərbi Dəniz Hospitalında yerləşən məntəqələrdə isə hamı Fuad Muradova səs vermişdi. Sonda elə o da qalib elan olundu. Bu adamlar indi də həmin dairədə namizəddirlər. Və ya başqa bir dairədə Eldan Namazov qalib gəlsə də, parlamentdə onun yerində Gülər Əhmədova oturdu.
- Barmağa mürəkkəbin vurulmasını, yaxud "exit-poll"ların keçirilməsini necə, müəy-yən mənada şəffaflığın qarantı hesab etmək olarmı?
- "Exit-poll"larda da saxta aparılır. Çünki hökumət onları satın alır. Barmağa mürəkkə-bin vurulmasını da əhəmiyyətsiz bir mexanizmə çeviriblər. Yəni bunların heç birinin əhəmiyyəti yoxdur. Əsas odur ki, seçkilərarası dövrdə bərabərhüquqlu rəqabət üçün imkan verilmir. Təsəvvür edin ki, müxalifət 5 il qadağalar içərisində yaşayır, 3 ay isə nisbi azadlıq verilir. Belə bir şəraitdə təbii ki, hakimiyyətin bütün imkanlardan istifadə edərək qalib gəlmək imkanları artır.
- Hər dəfə seçkilərə lap az qalmış Rusiya rəsmilərindən biri hansısa tədbirin keçiril-məsi adı altında Bakıya səfər edir. Sizcə, bunun seçkilərlə bağlılığı varmı?
- Rusiya Azərbaycanı həmişə nəzarətdə saxlayır. Eləcə də seçkilər zamanı. Ümumiy-yətlə, postsovet məkanında Gürcüstandan başqa yerdə qalan respublikaların hamısı Moskvanın təsiri altındadır. Bu məkanda kimlərin hansı yüksək vəzifəyə seçilməsini Rusiya "KQB"-si müəyyənləşdirir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direkto-ru, MDB-nin icraçı katibi Sergey Lebedev Bakıya ona görə gəlir ki, ölkəsinin vassalı olan Azərbaycanda hər şeyin qaydasında olub-olmadığını yoxlasın. Gəlir və qayıda-raq Rusiya rəhbərliyinə deyir ki, narahat olmayın, Azərbaycan daha 5 il də bizim əli-mizin altındadır.
- Maraqlıdır, saxtakarlıq hər dəfə təkrarlansa da ciddi etiraz doğurmur. Bəlkə bu, seçki-qabağı mühitin demokratik görüntüsü ilə bağlıdır?
- Bilirsiz, seçki saxtakarlığı texnologiyası hər dəfə müəyyən qədər yenilənir. Əgər əv-vəllər "karusel" əməliyyatından istifadə edilirdisə, indi vətəndaşlar məlumatsızlıqdan, savadsızlıqdan və digər səbəblərdən hökumətin istədiyi kimi səs verir. Bir çox kənd rayonlarında camaatı məqsədli şəkildə daşıyıb seçkilərə aparırlar. Bundan əlavə baş-qa saxtakarlıq texnologiyalarından da istifadə olunur. Məsələn, bu günlərdə məlum oldu ki, 1,5 milyon seçicinin adı siyahıda yoxdur. MSK bir, Statistika İdarəsi tamamilə başqa bir rəqəm verir. Bunun özü manipulyasiya üçün əsasdır. Ancaq xalq xırıldasa da hələ ölməyib. Və əminəm ki, ayrı-ayrı müqavimətlər gələcəkdə xalqın kütləvi etira-zına çevriləcək. Amma hələlik rejim qazanılmamış haram neft pullarının hesabına cə-miyyətə qalib gələ bilir.
- Qərb strukturlarının müşahidə missiyaları hər dəfə "budəfəki seçkilər irəliyə doğru addımdır" deyə bəyanat verirlər. Yəni onlar doğrudanmı dediyiniz saxtakarlıq texnolo-giyasından baş çıxarmırlar, yoxsa başqa səbəb var?
- Doğrudur, müşahidə missiyaları seçkilərdən sonra belə bəyanatlar verir. Və qeyd edim ki, onlar bu cür bəyanatları özlərinin mandatları çərçivəsində yayırlar. Amma onu da nəzərə almaq lazımdır ki, bu təşkilatların Azərbaycanı nəyəsə məcbur etməyə səlahiyyətləri yoxdur. Sadəcə öz vicdanlarına uyğun olaraq deyirlər ki, Azərbaycanda kobud pozuntular olmuşdur. Bir də ki, onların sərtliyi Azərbaycan cəmiyyətinin öz hü-quqlarını qoruma sərtliyindən asılıdır.
Xatırladım ki, 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkiləri kobud şəkildə saxtalaşdırılmışdı. Müşahidə missiyası isə o zaman çox mülayim bəyanat verdi ki, müəyyən pozuntular olsa da ümumilikdə seçkilər normal keçirilib. Amma erməni cə-miyyəti ayağa qalxıb kütləvi etiraz aksiyaları keçirəndən sonra Avropa strukturları öz mövqelərini 180 dərəcə dəyişərək, seçkilərin tam saxtalaşdırıldığı haqda bəyanat ver-dilər. Yəni demək istəyirəm ki, hər şey cəmiyyətin özündən asılıdır".