Qafqaz servisi/Aran agentliyi
Məşhur İran və ərəb tarixçiləri və coğrafiyaçılar
Əmir Ahəngəran
(Şəhid Beheşti universitetinin dünya tarixi üzrə dossenti)
Xülasə
Qafqaz müxtəlif coğrafi və tarixi, o cümlədən ədəbi əsərlərdə yada salınmış mühüm məntəqələrdəndir. Qafqaz a aid müxtəlif tarixi dövrlərin araşdırılmasından aydın olur ki, bu məntəqə əvvəllər hazırkı adı ilə tanınmamışdır, ümumiyyətlə bu məntəqənin ümumi bir adı olmamışdır. Onun hər hissəsi bir adla adlandırılmışdır. Həmin ad ya yerli sakinlərin adı ilə bağlı olub, ya da həmin ərazini əhatə edən dövlətin adı ilə. Hazırda Qafqaz şərti olaraq şimali və cənubi olmaqla iki hissəyə bölünür. Şimali Qafqaz haqqında bunu deyə bilərik ki, bəzi İslam tarixçiləri və coğrafiyaçılar bu ərazini xatırlamamış, xatırlayanlar da hər hissəsini bir adla qeyd etmişlər. Bu məntəqə xəzərilərin yaşadığı məntəqəyə yaxın olduğundan onu Xəzərilər və ya Xəzər dövləti adlandırmışlar.
Mühüm terminlər
Qafqaz , Erməniyyə (Ermənistan), Aran, Albaniya (Azərbaycan), Gurc-kurc (Gürcüstan), coğrafiyaçılar
Qafqazın tarixi keçmişi və əlaqədar adlar
Qafqaz əsasən dağlar, dərələr, dağlar arasında çöllərdən ibarət 500 min kvadrat km-i əhatə edən ərazidir. Bu məntəqə şərqdən qərbə ardıcıl olaraq Xəzər və Qara dəniz arasında yerləşir. O şimaldan Maniç, cənubdan Kür və Arazın axdığı ərazilərlə əhatə olunmuşdur. Onun bir tərəfi də Ermənistana qovuşur. Bu ərazi qədim İran torpaqlarından olduğundan coğrafi, siyasi, mədəni və dini baxımdan İranla əlaqəlidir. İranda tarix boyu mövcud olmuş bütün dövlətlər bu məntəqəni nəzarət altında saxlamağa çalışmışlar. Bu gündə İran dövləti bu mövzuya biganə deyil. O həmin məntəqədə öz mənafelərini izləyir. Bu məqalədə müsəlman coğrafiyaçıların kitabları əsasında həmin məntəqə coğrafi-tarixi baxımdan araşdırılır.
Mənbələrdə Qafqaz təkcə sıra dağlar kimi yox, həm də şimal və cənubda düzənlərlə yada salınır. Bu məntəqə Qara dənizin şimalında Taman adası, Xəzərin qərbində Abşeron yarımadasınadək uzanır. Həmin ərazi Qafqaz adlandırılır (Gögçə, 1373, 1). Əslində Qafqaz sıra dağları bu məntəqəni şimali və cənubi olmaqla iki hissəyə bölür. Şimalda Dağıstan, cənubda Ermənistan, Azərbaycan və Gürcüstan yerləşir.
Qəti şəkildə demək olmaz ki, bu məntəqəni kim Qafqaz adlandırıb. Bu ad ilk dəfə miladi 479-cu ildə işlədilib. Ondan qədim Dağıstanlıların istifadə etdiyi bildirilir. Hazırda Dağıstanda Səmur vadisində Qafqaz adlı kənd var. (Gögçə, 1373, 1) Bəziləri də bu əqidədədirlər ki, Qafqaz sözü ilk dəfə yunan dramaturqu Axillin əsərində qeyd edilmişdir. Həmin əsərin adı “Zəncirlənmiş Prometeydir”. (Otis Hovey, vol.36, p. 334, 1904) Aydın olur ki, bu sözün kökü qədim yunan adları ilə bağlı ola bilər.
Bəzi şərqşunasların nəzərincə, Qafqaz sözü farsca “gəp kəh” sözlərindən götürülmüşdür. Gəp böyük mənasını bildirir. Söz böyük dağ mənasında işlədilir. Bu fikrə Markurat və Akademisenin araşdırmalarında rast gəlmək olar. (Əmir Əhmədiyan, 1381, 6) Hazırda fars dilinə aid bir çox ləhcələrdə gəp sözü böyük mənasında işlədildiyindən yuxarıdakı fikir həqiqət ola bilər. Bundan əlavə qəhrəmanlıq dastanı yazan böyük şair Firidovsi öz əsərində Qafqaz yerinə Qaf sözündən istifadə etmişdir. Firdovsinin bu qeydi belə bir fikir yaradır ki, Qafqaz sözü Qaf dağı tərkibindən ibarətdir. Böyük şair bu sözdən qədim İran sözü olaraq istifadə edə bilər. Şahnamədə “qozəri-suye-kuhe-qaf aməd”, “bedərəd dele-kuhe-qaf” kimi ifadələr var. (Firdovsi, 1381, c. 1, s. 221 s. 419) Bu barədə Nizami Gəncəvi və Xaqani Şirvani kimi böyük şairlərin divanlarındada qeydlər var. Nizami “dəstibusəş qaf”, xaqani “dər səre- kuhe-qaf” ifadələrindədə istifadə edir.
Nəzərdən keçirilən ifadələrdən aydın olur ki, qədim İran şairləri Qafqazdan xəbərdar olmuşlar və onu İranın bir hissəsi saymışlar. Eyni zamanda ilk dəfə “Mucməlul- təvarix vəl qəsəs” kitabında silsilə Qaf dağlarının adı çəkilir. Kitabın naməlum müəllifi Qafqaz dağını nəzərdə tutur. Olsun ki, bu tarixçi də qədim İran şairləri kimi Qafqazdan xəbərdar olmuşdur.
Qafqaz məntəqələri
a)Ermənistan
Ermənistan adı ilə ilk dəfə qəməri 521-ci ilə aid Dariyuş Həxəmənişinin kitabəsində ratlaşırıq. Burada erməni adı yad edilir (Pasdari-Maciyan, 1377, s. 7). Maraqlıdır ki, Tövratda Ermənistana işarə ilə Ararat adı işlədilir. Burada yaşayanlar Urartu qövmü kimi yada salınır (Fazil xan Həmədani, 1380, s.743, 1416, 1459). Coğrafiyaçıların əsərlərində burada yaşayanların irqi, dili, mədəniyyət və dini qeyd edilir. Məsudi yazır: “Ərmən xalqı səqəlad soyundandır.” (Məsudi, 1349, s.129) İbn Həvqəl deyir: “Azərbaycan və Erməniyyə əhlinin çoxu fars dilində danışır. Onların arasında ərəb dili də yayılıb. Böyüklər arasında farsca danışmayan az adam var. Onların əksəri ərəbcəni başa düşür. Ərməniyyənin ətrafında ermənicəyə oxşar danışırlar. Dəbil, Nəşvi və Ətraf bu qəbildəndir. (İbn Həvqəl, 1345, s.96) Burada yaşayanların əksəri məsihilərdir. (İstəxəri, 1343, s. 158; İbn Həvqəl, 1345, s. 90; Qəzvini, 1373, s. 573)
Əlbəttə ki, mənbələrdə Ermənistanla bağlı adlar müxtəlif şəkillərdə qeyd edilir. Məsələn, Ərminə, Ərminiyyə, Ərmina, Armina, Arminiyya. Bu sözün müxtəlif formaları ilə bağlı coğrafiyaçıların fikri budur:
1.Ərminiyyə Yunan ibn Yafəsin oğlu Ərmini bin Ləntin adı ilə bağlıdır”. (Yaqut Həməvi, 1979, c. 1, s. 160; İbn Fəqih 1349, s. 129)
2.Ərminiyə Ərmini ibn Kənzəl ibn Yafəs ibn Nuh tərəfindən salınmış mötəbər yerdir. (Müqəddəsi, 1361, c. 2, s. 555)
3.Ərmin ibn Nurə ibn Sam ibn Nuh Ermənistan qəhrəmanlarındandır. (Dinvəri, 1364, s. 27)
4.Nurdin Samın iki oğlu olub. Onlardan birinin adı Azərbad, o birininki Ərmiyandır. Azərbaycan və Ermənistanın adı bu iki şəxsin adı ilə bağlıdır. (Mücməl əl-Təvarix, 1318, s. 149)
Əslində yuxarıdakı bütün qeydlərdən anlaşılır ki, bu ölkənin təsisçisi Yafəs oğlu Ərminidir. Onun adı ilə bağlı bu yer Ərminiyyə adlandırılıb. Bu nöqtələri Tövratda yazılanlar da təsdiqləyir. Tövratda tucrəmə sözündən istifadə edilmişdir. Bu söz iki mənada işlədilir. Bəzən bu adı dedikdə Yafəsin övladı olan şəxs nəzərdə tutulur. Bəzən isə yer adı bildirir. Belə görünür ki, həmin söz qərbi Ermənistana aiddir. Hizqil kitabının 38-ci fəsli, 5-6-cı ayələrindən belə anlaşılır ki, Tucrəmə Kiçik Asiyanın şərqində yerləşmişdir. (Fazil xan Həmədani, Vilyam Kilin, Henri Merten, 1380, s. 743, 1259, 1416)
Tarixcilər və coğrafiyaçılar arasında bu məntəqənin sərhədləri ilə bağlı yekdil fikir yoxdur. Bununla bağlı müxtəlif fikilər irəli sürülmüşdür. Onlardan bəziləri bütün cənubi Qafqazı Ərminiyyənin tərkib hissəsi sayır. Bu fikrə əsasən Əran həmin məntəqənin bir hissəsidir. İbn Xordadbeh, Yəqubi, ibn Fəqih, Yaqut Həməvi belə yazırlar (İbn Xordadbeh, 1371, s. 99, 100; Yəqubi, Əl-bəldan, 1356, s. 145; İbn Fəqih, 1349, s. 129, 130, Yaqut həməvi, 1979, s. 191; Yaqut Həməvi, 1345. 22)
İbn Xordadbeh Ermənistanı dörd hissəyə bölür: Birinci Ermənistan Sizcan, Əran, Tiflis, Bərdə, Qəbələ, Beyləqan və Şirvanı əhatə edir. İkinci Ermənistana Cəzran, Səğdəbil, Babi-Firuzi-Qəvac və Ləgəz aiddir. Üçüncü Ermənistan Besəfərcan, Zübeyl, Siracitir, Bəzuvənd, Nəşvinı əhatə edir. Dördüncü Ermənistana Şəmşat, Xəlat, Qaliqla, Ercis və Bacis aiddir. Əran, Cəzran və Sizcan xəzərə aid edilir. (İbn Xordadbeh, 1371, s. 121, 122)
İbn Fəqih yazır ki, Yəqubi uzun müddət Ərminiyyə şəhərlərində yaşayıb. Hətta oranın şahlarına və məmurlarına katiblik edib. Sonra Yəqubinin dilindən yazır: Ermənistan 130 mülkdən, 17 min kənddən ibarətdir. Əran Ermənistanın ilk mülküdür. Orada 4 min kənd var. (İbn Fəqih, 1349, s. 134)
Bu baxışa əsasən, deyə bilərik ki, bu ərazidəki hər bir məntəqənin sərhədləri dəyişmiş və Ərminiyyə çərçivəsində göstərilmişdir.
Başqa bir qrup müsəlman tarixçilər və coğrafiyaçılar Qafqazın yalnız cənub hissəsini Ərminiyyə saymışlar. Onlar Əranı Ərminiyyədən ayrı hesab etmiş və Azərbaycanla Ərminiyyənin kənarında qeyd etmişlər. Bu baxışa İstəxəri, Ceyhani, İbn Həvqəl, “Hüdudul-Aləm” əsərinin müəllifi, Müqəddəsi, Əbülfəda, Həmdüllah Mustufinin yazılarında rast gəlmək olar. (İstəxəri, 1347, s. 155, 156; Ceyhani, 1368, s. 139; İbn Həvqəl, 1345, s. 91; “Hüdudul Aləm”, 1340, s. 159, 160; Müqəddəsi, 1361, c. 1, s. 73; Əbül-Fəda, 1349, s. 820; Mustufi, 1336, s. 89)
İbn Həvqəl Ərməniyyənin iki hissədən ibarət olduğunu qeyd edir: Daxili və xarici. Belə ki, xarici Erməniyyədə müsəlmanların olduğunu bildirir və Ərcişi-mənazəcərd və Xəlat şəhərlərini bu məntəqənin mühüm şəhərləri kimi qeyd edir. Daxili Ərməniyyənin mühüm şəhərləri sırasında Dəbil, Nəşvi (Nəxçəvan), Qəviqla adları çəkilir. (İbn Həvqəl, 1345, s. 91)
Müqəddəsi Azərbaycan, Əran və Ərməniyyəni “Rəhab” adlandırır. O bu adla bağlı deyir: “Mən bu yer üçün elə bir ad tapmadım ki, bütün ərazini əhatə etsin. Bu səbəbdən də onu Rəhab adlandırdım. Bu yer İslam məmləkətinin gözəl yerlərindəndir. Buranı Rum qarşısında müsəlmanların qalası saymaq olar. Bura cəngavərlərin sığınacağıdır. Buranın böyük ticarəti, bərəkətli əraziləri, sulu çayları, rəngarəng meyvələri, otları var. (Müqəddəsi, 1361, c. 2, s. 554, 555)
Ruhab və ya rihab sözü rəhbə sözünün cəm formasıdır. Bu söz geniş, böyük şəhər, ərazi mənasını bildirir. Bu mənaya əsasən söz ruhab oxunmalıdır. Zəngin təbiyəti, ab-havası olan yer isə rəhbə adlanır. Bu mənaya əsasən söz rihab oxunmalıdır. (Luis Məluf, 1374, c.1, s. 588; Dehxuda, 1373, c. 7, s. 10516, 10517) Müqəddəsi rəhbə sözünün bu iki mənasını nəzərə alaraq həmin ərazini Rihab adlandırıb.
Kür və araz çayları
Əbu Hənifə Dinvəri, Məsudi, İstəxəri, Əbu Delf, İbn Həvqəl, Müqəddəsi kimi coğrafiyaçı və tarixçilər ümumi olaraq bu əqidədədirlər ki, Kür və Araz çayları Ərməniyyədən başlanır. (Əbu-Hənifə, 1364, c. 447; Məsudi, Əl-Tənbihul-Əşraf, 1349, s. 165; İstəxəri, 1347, s. 159, Əbu Delf, 1342, s. 46; İbn Həvqəl, 1345, s. 92; Müqəddəsi, 1361, s. 555) Bu dəlilə əsasən Ərməniyyədən danışarkən bu iki çaydan söz açmaq lazım gəlir.
Bəzən bu coğrafi mənbələrdən danışarkən iki çay xüsusilə Kür çayı haqqında deyilənlərdə ziddiyyət müşahidə edilir. Məsələn, ibn Rəftə yazır ki, kür çayı başlanğıcını dağdan götürür və bu dağ Babul-Əbvab yaxınlığındadır. Amma Həmdullah Mustəfəvi bu çayın Aliqla dağlarından başladığını bildirir. (İbn Rəstə, 1365, s. 101; Mustufi, 1336, s. 218)
İslam tarixçiləri və coğrafiyaçılar müxtəlif mənbələrdə Kür çayını ayrı-ayrı adlarla qeyd edirlər. Müqəddəsi ərandan danışarkən kür cayını “Rude-molk” adı ilə yada salır. (Müqəddəsi, 1361, s. 554) Yəqubi də bu çayı başqa adla adlandırıb. O Kür çayını Kəbir adı ilə yad edir. (Yəqubi, Əl-bəldan, 1356, s. 144) İstəxəri də yazır ki, bu çayın suyu şordur və onda balıq çoxdur. O bu cayda Zəraqən və Əşəb balıq növlərinin olduğunu bildirir. (İstəxəri, 1347, s. 188)
Məsudi Ərəz çayını “Rudi vərəsan” adlandırır. (Məsudi, 1349, s. 60) “Rudi-rəs” adı ilə də rastlaşırıq. (Məsudi, Murəvvicul-Zəhəb, 1344, s. 442) Əbu Delf eyni çayı “Rəs” adı ilə qeyd edir. (Əbu Delf, 1342, s. 47; “Hüdudul-aləm” kitabının naməlum müəllifi onu “Arəs” adı ilə yada salır. (“Hüdudul-Aləm”, 1340, s. 50) Qəzvini bu çayı Ərəs adlandırır. (Qəzvini, 1373, s. 343) İbn Həvqəlyazır ki, Araz çayının suyu şirin və dadlıdır. (İbn Həvqəl, 1345, s. 97) Mənbələrdə qeyd olunur ki, bəzi dini mətnlərdə Ərəs cayı ilə bağlı qəribə qeydlər var. Məsələn, Qəzvini Asarul-bilad əsərində yazır ki, Araz çayından ayaqyalın keçən şəxs ayaqını gec doğan qadının belinə çəksə o tez doğar. (Qəzvini, 1373, s. 343) Bəzi coğrafiyacılar, hətta təfsirçilər Qurani-Kərimdəki Əshabul-Rəs əhvalatının Ərəz çayı ərazisində baş verdiyini qeyd edirlər. (Əbu Delf, 1342, s. 48; İbn Həvqəl, 1345, s. 93, 94; Müqəddəsi, 1361, c. 2, s. 553) İbn Həvqəlyazır: “Ərəs həmin rəsdir. Allah-taala bu qövmə əzabından danışır. Bu mövzuya diqqət edən, Araz çayının iki tərəfi ilə Vərəsan şəhərinə yaxınlaşan həmin əlamətləri müşahidə edər. (İbn Həvqəl, 1345, s. 92, 93)
b)Gürcüstan
Gürcüstan məntəqəsi tarix boyu müxtəlif adlarla qeyd olunmuşdur. Yunan və latın müəllifləri bu yerin adını İberiya, İvriya, İviriya kimi qeyd edir. Erməni mənbələrində Gürcüstan Virk, Viratez, Viriya kimi yada salınıb. Ərəb müəllifləri isə bu məntəqəni Cərzan, Kərc, Əlkərc adlandırırlar. Avropalılar Gürcüstanı Corci və Corciyə kimi qeyd edirlər. Rus mənbələri isə bu məntəqəni Qruziya adlandırır. Gürcülər özləri əfsanələr əsasında bu məntəqəni Kartulus, Sakartulu adlandırıblar. (İslam ensiklopediası, vol. v, p. 486)
Bəlazəri “Fütuhul-bəldan” kitabında yazır: “ Tiflis, Mincəlis və Corcanın bir hissəsidir. (Bəlazəri, 1367, 290) Müəllif Corcan dedikdə Gürcüstanı nəzərdə tutur. Yəqubi də Gürcüstanı “Əbxaz kənarında Cəzran” adı ilə yad edir. Yəqubi, 1362, c. 2, s. 61). O başqa bir yerdə bugünki ada uyğun olaraq “Gürcüstan” sözünü işlədir. (Yəqubi, 1362, c. 1, s. 218) Olsun ki, bu şəkildə o başqalarından seçilir. İbn HəvqəlGürcüstanı Kərc adı ilə qeyd edir. (İbn Huqə, 1345, s. 89) İbn İbri də həmin məntəqəni Gurc adı ilə yada salır. (İbn İbri 1364, s. 131) İbn fəqih öz əsərlərində həmin ərazini Curzan kimi qeyd edir. (İbn Fəqih, 1349, s. 131) İbn Xordadbeh Tiflisdən danışarkən onu birinci Ərminiyyənin bir hissəsi sayır. Onun nəzərincə Ərminiyyə Sistan, Əran, Tiflis, Bərzə, Beyləqan, Qəbələ, Şirvanı əhatə edir. (İbn Xordadbeh, 1371, s. 122)
Məsudi Gürcüstan haqqında daha ətraflı danışır. Onun nəzərincə, Curyə, Corcin, Bərzə bu yerin adlarındandır. O yazır: “Curyə Əbxazla qonşu bir yerdir. Orada məsihiliyə etiqadlı böyük bir qövm yaşayır. Oranı Xəzran da adlandırırlar. Tiflis orada yerləşir.” (Məsudi, Müruc əz zəhəb, 1344, c. 1, s. 199) Məsudinin dediklərində maraqlı nöqtə budur ki, Corcin sözü Gürcüstanın latınca adına, yəni Corciyaya çox bənzəyir. Bu səbəbdən də həmin ad müsəlman müəlliflər arsaında xüsusi yer alır.
İbn Həvqəl öz əsərində (Surətul-Ərz) Tiflisi Bərzə və Əlbab kənarında təsvir edir. Onu Əranın üç böyük şəhərindən biri kimi yada salır. Amma müqəddəsi kimi böyük bir şəxs daha yığcam yazısında öncə öz coğrafi vahidlərini qeyd edir. Burada iqlim, qəsəbə, şəhərə tərif verilir. Daha sonra geniş və dəqiq formada Qafqaz haqqında danışır. O Qafqazla Azərbaycan haqqında Rəhab sözünü işlədir. O deyir: “Rəhab məntəqəsi üç hissədən ibarətdir: Əran, Ərminiyyə və Azərbaycan. O Tiflis və Abxazı Əranın şəhərlərindən sayır. (Müqəddəsi, 1361, c. 2, s. 554, 555) O Rəhab və tiflis şəhərini beşinci iqlimə aid edir. (Müqəddəsi, 1361, c. 1, s. 89) Bərzə Əranın qəsəbəsi kimi yada salınır. Tiflis və Abxaz isə bu məntəqənin şəhərləri kimi qeyd olunur. (Müqəddəsi, 1361, c. 1, s. 73) Doğrudan da Müqəddəsi Qafqazı ən gözəl şəkildə təsvir edir. Onun bölgüsü müsəlman Coğrafiyacılar arasında müsbət qəbul olunur. Həmin bölgü demək olar ki, bu gün də tətbiq edilir. O bölgüyə əsasən Əran Azərbaycan və Gürcüstan respublikaları, Ərminiyyə Ermənistandır.
Yaqut Həməvi Məcəmul-Bəldanda Curzan dedikdə Ermənistanda bir məntəqə nəzərdə tutur. Tiflisi isə həmin məntəqənin qəsəbəsi kimi qeyd edir. O yazır: “Əli ibn Hüseynin dediyinə əsasən Abxaz yaxınlığında Cərziyə ölkəsi yerləşir. Mənim nəzərimcə, Cuzur elə kurc adlanan yerdir. (Yaqut Həməvi, 1979, c. 2, s. 125) Yaqut aşkar şəkildə iddia edir ki, Cərzan ya corziyə elə Gürcüstandır. Müəllifin ədəbiyyatçı olduğunu nəzərə alsaq onun dediklərini məqbul saya bilərik. Yaqut kimi bir şəxsin verdiyi məlumatlar Gürcüstan haqqında araşdırma aparanlar üçün əsaslı mənbə sayıla bilər.
Həmdullah Mustufi Coğrafiyaya həsr olunmuş əsərində (Nəzhətul-Qulub) dəyərli, amma qısa məlumat verir. O həmin məntəqəni (Abxaz və Gürcüstan) beş hissəyə bölür: Alan, An, Tiflis, Xənan, Dərs. Mustufi Gürcüstanın sərhədlərini təyin edərkən yazır: “Onun əhatəsi Əran, Ərmən və Rumadəkdir.” (Mustufi, 1336, s. 128) Bu hesabla Gürcüstan üç sərhəd ilə tanınır:
1.Şərqdən Əran və ya Azərbaycanla;
2.Cənubdan Ərmən və ya Ermənistanla;
3.Qərbdən Rum və ya Türkiyə ilə. Bu ərazi olsun ki qara dənizin də bir hissəsini əhatə edir. Amma əsərdə şimali Gürcüstan sərhədləri qeyd olunmur.
Muinəddin Nətənzi “Muntəxəbul-təvarix” kitabında deyir: “Gürcüstan geniş bir ərazidir. Tiflisdən Abxazadək bir aylıq yoldur. Onun ərazisi Ərzincandan Əlborz ətəkləri, Ləkəzistana birləşir.” (Muinəddin Nətənzi, 1336, s. 392) O Gürcüstanın coğrafi uzunluq və enini gözəl qeyd edir. Onun yazılarından hicri 9-cu əsirdə Gürcüstanın hüdudları yaxşı məlum olur. Hafiz Əbru “ Zibdətut-Təvarix” əsərində Gürcüstanın yalnız qərb sərhədlərini qeyd edir. Bu məntəqənin Trabzon yaxınlığında abad məntəqə olduğunu bildirir. (Hafiz Əbru, 1370, c. 1, s. 56)
Tarixçilər və coğrafiyaçıların yazdığları əsasında Gürcüstanın coğrafi xüsusiyyətlərinə də işarə edirik. Həmdullah Mustufi bu məntəqədə havanın soyuqluğunu qeyd edir. (Mustufi, 1336, s. 108) Nətənzi yazır: “Gürcüstanın ərazisində böyük dağlar, geniş meşələr, çaylar, düzənlər var.” (Muinəddin Nətənzi, 1336, s. 392) Bu məntəqənin nüfuz edilməz möhkəm qala şəklində olduğunu nəzərə almaqla şərəfxan bədlisinin sözlərini yada salaq: “Gürcüstan Fatehlərin Əlinə çətinliklə düşən, asanlıqla əldən cıxan bir yerdir.” (Bədlisi, 1343, s. 35)
Söhbətimizin davamında Gürcüstanın iki mühüm hissəsi haqqında danışacağıq.
1.Tiflis
Bu şəhər müəyyən səbəblərdən müsəlman müəlliflərin nəzərini cəlb etmişdir. Şəhərin strateji mövqeyi, ölkənin paytaxtı olması səbəbindən onu Darul-Mulk adlandırmışlar. Onun abadlığının səbəbi Kür cayı ola bilər. Bu məntəqənin gözəl yerləri, cazibəli guşələri var. Bu yer müsəlman ərazisi ilə xiristian ərazisi arasında yerləşir. Belə ki, bu torpaqda bəzən azan səsi kilsə səsinə qarışır. Biz müsəlman müəlliflərin sadalıdığı xüsusiyyətləri nəzərdən keçirməyə çalışırıq. Bəlazəri “Fütuhul-Bəldanda Tiflisin Coğrafi mövqeyi haqqında danışır. (Bəlazəri, 1367, s. 291) Yəqubi onu Ermənistan ərazisi sayır və yazır: “Tiflis Ermənistanda bir şəhərdir. Onunla Qaliqəla arasında otuz fərsəx məsafə var. Böyük çay qaliqəla şəhərlərindən başlanğıc götürür. Sonra bu çay tiflisədək uzanıb oradan şərqə gedir.” (Yəqubi, Əlbəldan, 1356, s. 144) Amma Məsudinin nəql etdikləri arasında maraqlı nöqtə budur ki, bu şəhər “Vilayəti-Tiflis”, kimi qeyd olunur. Bu onun böyüklüyünü və müəyyən hissələrə bölündüyünü göstərir. (Məsudi, 1349, s. 60)
İbn Həvqəl öz ətraflı söhbətində bu şəhərin demək olar ki, bütün xüsusiyətlərini sadalayır. O bu şəhərə böyük əhəmiyyət verərək deyir: “Bu şəhər mühümdür və düşmənləri coxdur.” O şəhərin böyüklüyü haqqında yazır: “Tiflis böyüklükdə Babul-Əbvaba catmaz. Onun gildən iki hasarı və üç darvazası var.” (İbn Həvqəl, 1345, S. 89)
İstəxri Tiflisi belə təqdim edir: “Tiflis Dərbənddən kiçikdir. Onun iki divarı var. Bol nemətli yerdir, çeşidli meyvələri, əkin sahələri var. Onun odsuz qızan suları var. Bütün Əranda Bərqə, Dərbənd və Tiflisdən böyük şəhər yoxdur.” (İstəxri, 1347, s. 158) Rovzətul-Səfa müəllifi belə yazır: “Tiflis küfr divarı ilə sərhəddə bir şəhərdir. Onun bünövrəsəni Ənuşirəvani-Adil qoyub. Orada Məsihilər yaşayır. Orada bir tərəfdən Azan, o biri tərəfdən kilsə səsi eşidilir.” (Mirxand, 1339, c. 7, s. 459) Şəhərin coğrafi mövqeyi ilə bağlı yazırlar: “Tiflis beşinci iqlimdəndir. Bu iqlimdə olanların rəngi ağdır. Günün uzunluğu 14 saat 45 dəqiqədir. Bu iqlimdə 215 şəhər var və tiflis onların ən mühümlərindəndir.” (Mirxand, 1339, c. 7, s. 453)
Əksər coğrafiyaçılar, o cümlədən “Hüdudul-aləm” kitabının naməlum müəllifi, həmcinin Əbu Delf bu məntəqənin isti suları və daim isti suyu olan hamamlarından danışır. (Hüdudul-Aləm, 1340, s. 162, Əbu Delf, 1342, s. 46) Devid Marşaklanq da bu barədə yazır: “Gürcüstanin paytaxtı Ərəb mənbələrində Tiflis, avropa mənbələrində Tiblisi adlanır. Bu ad Gürci təbili sözündən yaranmışdır. O isti mənası verir. Onun isti bulaqları var. Şəhər bu xüsusiyyəti ilə tanınır.” (Lanq, 1373, s. 110)
Tiflisdə yaşayanların milləti, mədəniyyəti və dini haqqında İbn HəvqəlSurətul-Ərz kitabında yazır: “Buranın əhalisi sağlam, qonaqpərvərdir. Bir qədər düşüncəsi və ədəbi olana meyl göstərirlər. Onların məzhəbi sünnü məzhəbidir və hədis əhlinə hörmətlə yanaşırlar. (İbn Həvqəl, 1345, s. 89)
2.Abxaz
Abxaz Gürcüstanın şimal-qəlbində bir məntəqədir. İbn Xordadbeh onu Ermənistanın bir hissəsi sayıb. Məsudi məntəqədə yaşayan bir qövmün Abxaz adlandırıldığını qeyd edib. O yazır: “Əlan məntəqəsi qonşuluğunda bir qövm var, onlar Abxaz cağrılır. Bu adamlar məsihiliyə etiqad edir. Onların padşahı var.” (Məsudi, 1344, c. 1, s. 198, 199) İbn Həvqəlbu barədə məlumat verir: “Abxazın digər bir adı laycandır. O Əranın şəhərlərindən biri sayılır.” Sonra əlavə edir ki, Abxaz padşahı şirvanşahdan sonra məntəqədə ən böyük hakimdir. Onun sərhədləri Laycanşah kimi tanınan Qəbəq dağlarınadək uzanır. Onların dini məsihilikdir. ( İbn Həvqəl, 1345, s. 82, 83)
q)Azərbaycan respublikası (Əran, Albaniya)
Albaniya və albanlar adına eradan əvvəl üçüncü dördüncü yüzilliklərin müəlliflərinin əsərlərində rast gəlmək olar. Bəzi məlumatlara əsasən albanlar üçüncü Daryuşun (son Həxamənişi şahı) ordusunda Quqməl vuruşunda iştirak ediblər. Riza, 1380, s. 65, 66) İslam və Ərəb mətnlərində bu yer Əlran şəklində qeyd olunur. Zaman ötdükcə həmin söz Əran şəklinə gəlmişdir. Əran Azərbaycanla Ərminiyyə arasında bir yerdir və isti bir məntəqədir. Cənzə, Şirvan, və Beyləqan onun məntəqələridir. (Qəzvini, 1373, s. 307) İbn Həvqəlonun ərazisi haqqında belə yazır: “Əran Arazla Kür arasında bir məntəqədir.” (İbn Həvqəl, 1345, s. 307) Yaqut Həməvi Əranı Əcəm adlarından sayır. (Yaqut Həməvi, 1979, c. 1, s. 164)
Əran, Albaniya (Azərbaycan) vilayətinin tərkibi
1.Bərdə: (İbn Həvqəl Bərdə haqqında belə deyir: “Bərdə şəhəri Əranın mühüm hissəsidir. O qədim zamanbdan böyük olub. Onun uzunluğu bir, eni bir fərsəxdən azca azdır. Bərdədən kür çayınadək üç fərsəxdir.” (İbn Həvqəl, 1345, s. 86, 87) Yaqut Həməvi yazır: “Bərdə böyük şəhərdir, Əranın qəsəbəsidir. Bir sıra alimlər bu yerdən cıxıb.” (Yaqut Həməvi, müştərək seçmələr, 1345, s. 32) Bərdə böyük şəhərdir, Əran vilayətində bir fərsəxlik yer tutur. Buranı İran padşahı abad edib, çox gözəl şəhərdir.” (Qəzvini, 1373, s. 589)
2.Bakı: Bakı sözünün kökü aydın deyil. Bu söz İslam müəlliflərinin əsərlərində müxtəlif şəkillərdə işlədilib. (Məsudi, 1349, s. 58) “Məcməlul-təvarixu vəlqəsəs” kitabının naməlum müəllifi və müqəddəsi bu şəhəri Baku adlandırır. (Mocməlul təvarix, 1318, s. 472; Müqəddəsi, 1361, s. 557) Əbu Delf öz səyahətnaməsində, Yaqut Həməvi Məcəmül Bəldanda, İmadəddin Zəkəriyya Qəzvini Əl Bəlad əsərində, Həmdulla Mustufi Nezhətul-Qulubda və bir çox coğrafiyaçılar öz əsərlərində bu şəhəri Bakuyə adlandırıblar. (Əbu Delf, 1342, s. 58, Yaqut Həməvi, 1979, s. 328; Qəzvini, 1373, s. 659; Mustufi, 1336, s. 106) Onlar bu torpaqlarda neft olduğunu da bildiriblər. Amma maraqladır ki, Hüdudul-Aləm əsərinin naməlum müəllifi bakı haqqında belə yazır: “Bakı dəniz kənarında, dağa yaxın bir şəhərdir, orada neft var.” Hüdudul-aləm, 1340, s. 164) Hüdudul-aləm fars dilində ilk coğrafiya kitabıdır. Bu kitab Alifəriğun padşahları üçün yazılmışdır. Belə bir nəticə cxarmaq olar ki, Bakı fars sözüdür. Bu sözü Minorski də təsdiqləyir. O Əbu-Delfin səyahətnaməsinə yazdığı əlavədə belə qeyd edir. Minorsiki belə düşünüb ki, Bakı qərblilərin Baku və ya Bakı kimi tələffüs etdiyi, sonradan Səfəvi dövründə Badkubə adlandırılan sözdür. (Əbu-Delf, Minorski, 1342, s. 104) Badkubə adını ilk dəfə İsgəndərbək monşi tarixul aləm əsərində işlədir. (İsgəndərbek Torkman, 1382, c. 1, s. 36)
3.Naxçıvan. Bu şəhərində adı azca fərqlə coğrafi və tarixi mənbələrdə qeyd olunur. İbn Xordadbe, Yəqubi, ibn Fəqih, İbn Həvqəlonu Nəşvi kimi qeyd edir. (İbn Xordadbeh, 1371, s. 89; Yəqubi, Tarixi-Yəqubi, 1362, c. 2, s. 501; İbn Fəqih, 1349, s. 130; İbn Həvqəl, 1345, s. 91) İmadəddin Zəkəriyya Qəzvini onu Nəqcivan kimi qeyd edir. (Qəzvini, 1960, s. 493) Amma Hüdudul-Aləm əsərinin naməlum müəllifi Naxçıvan sözünü olduğu kimi işlətmişdir. (Hududul-Aləm, 1340, s. 160)
4.Şirvan. İbn fəqih yazır: “Onu Ənuşirəvan tikdi.” (“İbn fəqih, 1349, s. 132) Buradan aydın olur ki, Şirvan adı İran adıdır və Ənuşirəvan adından götürülmüşdür. Olsun ki, zaman kecdikcə bu ad dəyişib Şirvan şəklinə düşmüşdür. Müqəddəsi şirvanı böyük çöl, daşdan tikliləri olan yer, alış-verişi və olan məntəqə kimi qeyd edir. Bildirir ki, onun ortasında çay axır. ( Müqəddəsi, 1361, s. 557) Amma Şirvana ümumi tərifi İmadəddin Zəkəriyya Qəzvini verir: “Bura Dərbənd yaxınlığında müstəqil vilayətdir. Onu Ənuşiəvanın saldığını bildirirlər. Şivan Ənuşirəvanın adı ilə adlandırılıb. Xızırla Musanın əhvalatı Şirvanda baş verib. Buranın padşahı Əxsitan adlanır. (Qəzvini, 1373, s. 683) Həmdullah Mustufi onun genişliyi barədə yazır: “Kür cayından dərbəndədək şirvan vilayətidir.” (Mustufi, 1336, s. 106)
5.Gəncə. Bu şəhər haqqında da azca fərqlə müxtəlif cografi və tarixi mənbələrdə danışılır. İbn Həvqəl, Müqəddəsi Gəncəni Cənzə kimi qeyd edir. (İbn Həvqəl, 1345, s. 96; Müqəddəsi, 1361, s. 88) İbn Həvqəlbu şəhər haqqında yazır: “Cənzə gözəl, bərəkətli, abad və əhalisi çox olan bir şəhərdir. Burada yaşayanlar səxavətli, saf, bəyənilmiş, xoşrəftar, qonaqpərvər, alimi sevən insanlardır.” (İbn Həvqəl, 1345, s. 88) Həmdullah Mustufi Nezhətul-qulub kitabında Gəncəni digər İran şəhərləri ilə yanaşı gözəl təsvir edərək yazır: “Bu şəhər beşinci iqlimdəndir, gözəl şəhərdir. Gəncə əranda varlı şəhərdir. (Mustufi, 1336, s. 105)
6.Şamaxı. Bu şəhər də tarixi və coğrafi mənbələrdə azca fərqlə yad edilir. Müqəddəsi onu Şəmaxiyə adlandırır. O yazır: “Bu şəhər dağın ətəyindədir, daşdan və gəcdən tikililəri var.” (Müqəddəsi, 1361, s. 557) Həmdullah Mustufi yazır: “Şirvan qəsəbəsi beşinci iqlimdəndir. Onu Ənuşirəvani-Adil tikib. Havası istiyə meyllidir. Musanın dağı, ceşmeyi-heyvanın orada olduğu bildirilir. Başqa kitablarda onun Məcməul-Bəhreyndə olduğu yazılır. (Mustufi, 1336, s. 106)
7.Şəki. Hüdudul-aləm əsərinin naməlum müəllifi şəkini belə təsvir edir: “Bura Erməniyyənin bir hissəsidir, abad və bərəkətlidir.” (Hüdudul-aləm, 1340, s. 163) Müqəddəsi yazır: “Şəki bir düzdədir, Onun böyük hissəsi məsihilərin, bir hissəsi müsəlmanların payına düşür.” (Müqəddəsi, 1361, s. 558)
j)Dağıstan
Dağıstan Qafqazın mühüm bir məntəqəsidir. O Qafqazın üçdə birini əhatə edir. Qeyd edək ki, hazırkı məntəqəyə bu ad ilk dəfə 16-cı əsrdə verilmişdir. (İslam Ensiklopediyası, vol.2 p. 85) Hec bir coğrafi mənbədə Dağıstan adına işarə edilməyib. Əksər müsəlman coğrafiyacılar Ləksi, Qitəq və Qəbəq dağlarının adını qeyd edir. Dehxuda Dağıstan sözünün müxtəlif formaları haqqında yazır: “Dağıstan Türk dilində dağ sözündəndir. O 29840 kvadrat gəz sahəni əhatə edir. Onun sakinləri Ləzgilərdir.” (Dehxuda, 1373, c. 6, s. 9067) Bu ərazi Məsudinin dediyinə görə hicri 322-ci ildə üç məntəqəni əhatə edib: Dərbənddən şimala doğru uzanan, bəzən Səməndər adlandırılan Qəytaq, 12 min evdən ibarət şimal qərbdə yerləşən Sərir, Səririn cənub-şimalında, Qəytaqın qərbində Qəmuq dağlıq ərazisi. Onların dini məsihilikdir. Ruslara tabedirlər. Özlərinin padşahı yoxdur. (Məsudi, 1344, s. 189, 191) Yəqubi Sərir sözü haqqında yazır: “Bəzi əcəm padşahlarının qızıl taxtı ilə baglıdır.”(Yəqubi, tarixi-Yəqubi, 1362, c. 2, s. 286)
Dağıstanda qövmlərin çoxluğu səbəb olub ki, tarixçilər və coğrafiyaçılar Dağıstan haqqında belə yazsınlar: “Qəbəq dağı yetərincə böyük dağdır. Deyilənə görə oranın xalqları 300 necə dildə danışır. Mən buna o vaxtadək inanmadım ki, Ərdəbildə Savalan dağında müxtəlif kəndlərin hər birinin bir dildə danışdığını gördüm. Bu nə Fars dili idi, nə də Azərbaycan dili.” (İbn Həvqəl, 1345, s. 92, 93)
Həmdullah Mustufi Dağıstanın coğrafi mövqeyi və Ləzgi xalqı haqqında belə yazır: “Elburus dağı böyük dağdır. O Babul-Əlbaba birləşir. Bu sıra dağlar türküstandan hicazadək azı min fərsəng uzanır. Buna görədə bəziləri onu Qaf dağından sayır. Onun Gürcüstana bitişik qərb tərəfi ləzgi dağı sayılır. “Surul-Əqalimdə” deyilir ki, ləzgi dağında əksəriyyət firavan yaşayır. Onlar 70 necə dildə danışırlar. Bu dağda qəribəliklər coxdur.” (Mustufi, 1336, s. 191, 192) Olsun ki, bu deyilənlər səbəbindən Dehxuda öz Tairətul-maarif coxcildliyində Ləzgilər haqqında yazır: “Ləzgi xalqları bir-birlərinin dilini bilmirlər, bir-birlərini Tür, Fars və Ərəb dilində danışmaqla başa salırlar. Onlardan bəziləri avardır. Soyşunasların nəzərincə onlar ariyayidirlər.” (Dehxuda, 1373, c. 12, s. 17255)
Əbilfəda bu barədə yazır: “Qitəq dağı xəzər sahilindən Babul-əlbaba doğru uzanır. Əl əzizi mənbəsində qeyd olunur ki, Onu Cəbəlul-Əlsun (Dillər dağı) adlandırırlar. Cünki orada müxtəlif millətlər yaşayır və müxtəlif dillərdə danışırlar. Orada 300 dil olduğu bildirilir. Bu dağın şimalında Qətiqlər yaşayır. Cənubda isə Ləzgilər məskunlaşıb. Bu dağ Babul-əlbabdan Rum sərhəddinədək bir aylıq yol uzunluqdadır. Onun cənub tərəfi divar şəklindədir və yol yoxdur. Sanki bıçaqla kəsilib və eni on günlük yoldur. Türk sərhəddi bu dağ və xəzər dənizinə qovuşur. Dağla dəniz arası üç mil yol var.” (Əbül Fəda, 1349, s. 98)
Nəticə
Bu araşdırmada İslamın ilk əsrindən 9-cu əsrədək olan coğrafi və tarixi mətnlərdən istifadə edildi. Burada bir çox mətnlərin adı qeyd olunub. Hicri 9-cu əsrdən sonra coğrafi mətnlər öz əhəmiyyətini itirdi və bu iş davam etmədi. Maraqlıdlır ki, bütün bu mənbələrdə Əran və Gürcüstan Ermənistanın bir hissəsi kimi qeyd olunur. Eyni zamanda Dağıstan adı cəkilmir. Dağıstana yalnız Qəbəq, Qitəq və Ləzgi dağları adı ilə işarə olunur. Bu ad 16-cı əsrdə yaradılıb. Eyni zamanda heç bir coğrafiyaçı Araz kənarında Azərbaycan adlanan bir yerin adın çəkməyib. Bu ad İranın (qərbi və şərqi) Azərbaycan vilayəti ilə bağlı qeyd olunub. Əran əyalətinə azərbaycan adı verilməsi sovetlər ittifaqının dövrünə təsadüf edir. Olsun ki, Azərbaycan respublikasındakı millətçilər milli hissi qızışdırmaq üçün bu adı ortaya qoyublar.
Mənbələr
Bəhram Əmir Əhmədiyan, (1381) Coğrafiyayi-kamili-Qəfqaz, Tehran, intişarati Sazmane-coğrafiyaye-niruhaye mosəlləh;
Əbülqasim Firdovsi, (1384) Şahnameyi-Firdovsi, c. 1, Tehran, İntişarati-Hermez;
Nizami-Gəncəvi (1344) Kolliyate-Divane-Nizami, Tehran, İntişarati-Əmiri-Kəbir;
İbn Fəqih, Əbu Bəkir İshaq Həmədani, (1349) Tehran, İntişarati-Bonyade-fərhəngiye İran;
Əbu-Hənifə Dinvəri, Əhməd ibn Davud (1364) Tehran, Nəşri Ney;
İbn Xordadbeh Abdullah, (1371) Əl Məsalik vəl Məmalik, Tehran, müəsseyi-intişarati-Tarixiyi-mirasi-miləl;
İbn Rəstə (1365), əl-Əlaq əl-Nəfisə, Tehran, müəsseyi-intişarati-Əmire-Kəbir;
Hafis Əbru (1370) Zibdətut-Təvarix, c. 1, Tehran, sazmane-çap və intişarat vezarəti-fərhəng və irşadi-İslami, Nəşri-ney;
İbn əl İbri, Qiroguris Əbul Fərəc (1364) Tərcümeyi-tarixi-müxtəsəri-Əldul, Tehran, İntişarati-İttilaat;
Əbu Delf (1342) Səfərnameyi Əbu-Delf dər İran, Tehran, intişarati-Fərhəngiye-İran zəmin;
Əbül Fəda əl Mülk əl Muid (1349) Təqvimi Əl bəldan, Tehran, İntişarati-Bonyad və Fərhənge İran;
Moştərəki-Yaquti Həməvi (1345) Tehran, Kitabxaneyi-ibn Sina;
Əbu İshaq İbrahim İstəxəri (1347) tərcümeyi məsalik və məmalik, Tehran, Tehran, Bomqahi-tərcüme və nəşri ketab;
Şərəfxan Bədlisi (1343) Şərəfnamə, Tehran, Muəsseyi-mətbuatiye-elmi;
Əhməd ibn Yəhya Bəlazəri (1367) Fütuhul-bəldan, Tehran, intişarati-Noqri;
Hərand Pasdər Maciyan (1377) Tarixi-Ərmənistan, Tehran, İntişarati-Zərrin;
İsgənderbek Türkmən Munşi (1382) Tarixi-Aləmi-Araye-Əbbasi, c. 1, Tehran, Əmiri-Kəbir;
Əbu Əbdullah Zihani (1368) İşkalul aləm, Məşhəd, intişarate Astane-Qodse Rəzəvi;
Yaqut Həməvi, Mocəmul Bəldan, c. 1, 2, Livan, Beyrut, miladi 1979;
Hüdudul-aləm min əl məşriq ila əl məğrib (1340) Tehran, intişarati-Daneşqahe-Tehran;
Hisamul-Əcəm İbrahim ibn Əli Xaqani Şirvani, Divani-Xaqani, Tehran, Çapxaneyi Mərvi;
Dehxuda Əli Əkbər (1373) Loğətname, c. 6, 7, Tehran, Müəsseyi-enteşarat və çape daneşqahi-Tehran;
İnayətullah Riza (1380) Əran əz durane bastan ta ağaze ehti Moğol, Tehran, mərkəze çap və intişarati-Vezarəti umuri xarici;
Himadutdin Zəkəriyya Qəzvini (1373) asare-əl Bilad və əxvarul İbad, Tehran, Əmiri-Kəbir;
Qəzvini, İmaduddin Zəkəriyya (Qəməri 1380, miladi 1960) Asare-Əl Bilad və Əxbarul İbad, Beyrut;
Quqçə Cəmal (1373) Qafqaz və siyasəti Emperatoriye Osmani, Tehran, muəsseyi inteşarati Vizarəti-umuri xarecə;
Əbul Həsən Əli ibn Hüseyn Məsudi (1349), əl tənbih vəl İşraf, Tehran, intişarati Bonqahi tərcume və nəşri-ketab.
Əbül Həsən Əli ibn Hüseyn Məsudi (1344) Müruc əz zəhəb və məadinul cəvahir, Tehran, bomqahe-tərcume və nəşri kitab;
Muinəddin Nətənzi, Muntəxəbul-təvarix Muyini, Tehran, kitabfuruşiye-Xəyyam;
Mirxand Mirməhəmməd ibn Seyid Bürhanəddin Harəzimşah (1339) Tarixi-Rovzətussəfa, c. 7, Tehran, İntişarati Mərkəzi, Xəyyam, Piruz;
Məcməluttəvarix vəl qəsəs (1318) Tehran, çapxaneyi Xavər;
Ketabi-Muqəddəs (Əhdi ətiq və Əhdi cədid) (1380) Tehran, intişarati-Əsatir;
Məhəmməd ibn Həvqəl, İbn Həvqəl(1345) Surətul ərz, Tehran, intişarati-Bonyade fərhənfiye İran;
Əba Əbdillah Əhməd Muqəddəsi (1361) Əsənut təqasim fi mərifətul əqalim, c. 2, Tehran, şirkəti-müəllifan və mutərcimane İran
Həmdullah Mustufi (1336) Nezhətul Qulub, Tehran, Kitabxaneyi-təhuri, 1336
Luiz Melof, Əl-muncit c. 1, Tehran, intişarate İran
Əhməd ibn Vazeh Yəqubi, Terixi Yəqubi, c. 2, Tehran, intişarati-Elmi və fərhəngi
Əhməd ibn Vazeh Yəqubi (1356) Əl Bəldan, Tehran, bomqahe tərcüme və nəşre kitab.