Tarix : 2010 Nov 07
Kod 19489

“Azərbaycan Respublikası şiələri” kitabı nəşr edildi

.
Azərbaycan servisi/Aran agentliyi

Vəlid Cəbbarinin  şəmsi 1389-cu il (miladi 2010) mehr ayında tərtib olunmuş “Azərbaycan Respublikası şiələri” kitabı  Şiəşünaslıq müəssisəsinin himayə ilə nəşr edildi. 1500 tirajla çap edilmiş kitab 4500 riala satışa verildi.

Kitab 10 fəsildən ibarətdir:

1. Azərbaycan Respublikasında şiəliyin tarixçəsi

2. Coğrafi durum, təbiət

3. Cəmiyyət

4. İqtisadi struktur

5. Siyasi durum

6. Təlim-tərbiyə və ali təhsil

7. Mədəniyyət

8. Şiə ruhani təşkilatı

9. İran İslam Respublikası və Qum Elm Hövzəsi ilə rabitələr

10. Nəticə və təkliflər

Mənbələr

 

Kitabın müqəddiməsində deyilir:

Ata-babalarımız uzun illər idi ki, Qafqazın qədim İran diyarından ayrılmasını həsrətlə xatırlayırdı. Bakı, Gəncə, Lənkəran, Şəki, Şamaxı, Şirvan, Naxçıvan Qafqazın əsas məntəqələridir. Şəmsi 1371-ci ildə Sovetlər İttifaqı dağıldıqdan, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra uzun illər qədim diyarın həsrətini çəkən şiə müsəlmanlar sel tək axışaraq sərhədləri keçdilər, İrandakı müqəddəs məkanları ziyarət etdilər. Həmin dönəmdə Ərdəbil şəhər sakinləri bu insanları gülər üzlə qarşılayıb qonaq saxlayırdılar. Bütün bunları nəzərə alaraq müəllif bu xalqın mədəniyyətini öyrənməyə cəhd göstərdi. Bəli, bu insanlar yaxın keçmişədək İranın tərkibində yaşamışdılar.

Azərbaycan Respublikası cəmiyyət baxımından dünyanın ikinci şiə ölkəsi sayılsa da bu xalq neçə on illər İslam və şiəlikdən uzaq düşdüyü üçün İslam təlimlərindən uzaqlaşmışdır. Onların din və İran İslam Respublikası haqqında düzgün təsəvvürü yox idi. Bu səbəbdən də bu xalqa İslam təlimlərinin tədrisinə ehtiyac vardı. Azərbaycan Respublikası məntəqə və məntəqədən kənardakı super güclərin təsirindən kənarda qalmayıb. İran İslam Respublikası tarixi bağlılıq, bu cəmiyyətin şiə olması səbəbindən onlara maraq göstərmişdir. Arada yaranmış etiqad boşluğunu doldurmaq üçün yetərli addımlar atılmışdır. İran bu qonşu diyarın problemlərinə biganə qala bilməz. Problemlərin həlli istiqamətində təsirli addımlar atmaq üçün ilk iş cəmiyyətin ictimai-siyasi durumunu dəqiq öyrənmək, dini-mədəni vəziyyəti dəyərləndirməkdir. Ötən iki on ildə bu məqsədə çatmaq üçün xeyli iş görülmüşdür. Aparılan araşdırmaların nəticələri müxtəlif kitablar və proqramlarla maraqlananların ixtiyarına verilmişdir. Müəllif şəmsi 1386-cı ildən başlayaraq doktor Məhmud Təqizadə Davərinin elmi və mənəvi dəstəyi sayəsində qeyd olunan sahədə fəaliyyət göstərmişdir. O, Azərbaycan Respublikasında ictimai-siyasi və dini durumu dəyərləndirmək üçün lazımi araşdırmalar aparmışdır. Bu barədə xüsusi bir kitab tərtib edilmişdir. Sosioloji metodlarla şiə cəmiyyətinin öyrənilməsi universitet araşdırmaları üçün də faydalı ola bilər.

Bu gün, xüsusilə İran İslam İnqilabının qələbəsindən sonra şiələr beynəlxalq diqqət mərkəzində qərar tutmuşdur. Beynəlxalq səviyyədə bu mövzuda kitablar və məqalələrin yazılması, müxtəlif proqramların icrası deyilənlərə sübutdur. Respublika əhalisi özünü 12 imamçı şiə olaraq tanıtdırsa da bu mövqe bir o qədər də özünü göstərmir. Bunun belə İslam dünyasında baş verən proseslər ölkə şiələrini ictimai-siyasi proseslərə daha çox sövq etməkdədir. Azərbaycan Respublikası səciyyəvi geosiyasi və strateji mövqeyə malikdir. Bu ölkədə İslam və İrana xüsusi maraq diqqəti cəlb edir. Bu meylə qarşı ateizm və layik cərəyanlar da fəallaşmaqdadır. Bu cərəyanlar sionist qüvvələr, imperialistlər tərəfindən himayə edilir. Xalqın şiə məktəbi ilə dərindən tanış olmaması onların problemlərini daha da artırır. Xaricdəki və daxildəki layik qüvvələr bu zəif nöqtədən faydalanaraq xalqın dünyagörüşünü dəyişməyə səy göstərir. Onlar Respublikada əksəriyyət təşkil edən şiələrin sayını azaltmağa çalışırlar. Azərbaycan Respublikası İran və Türkiyə ilə yanaşı Rusiya ilə qonşu olduğundan bu məntəqədə məzhəblərin toqquşması baş verir. Ekspertlər belə düşünürlər ki, məhz bu coğrafi mövqe Azərbaycanda İslamla xristianlığın toqquşması üçün zəmin yaradır. Qarabağın işğalı buna bir nümunə ola bilər.

Azərbaycandakı islamçılar çox çətin bir durumdadırlar, insan haqları baxımından problemlərlə üzbəüzdürlər. Azərbaycanda İslam yönlü heç bir partiya, cəmiyyət və qrupun rəsmi fəaliyyət icazəsi yoxdur. Bütün bu məhdudiyyətlərə baxmayaraq islamçılar öz ideoloji fəlaiyyətlərini davam etdirir, şiəliyin təbliğatını dayandırmırlar. Onlar ən kiçik fürsətlərdən belə siyasi fəaliyyətlər üçün istifadə edir, dini təbliğata şüar olaraq önəm verirlər. Ölkədə ictimai-siyasi və mədəni problemlər mövcuddur. İqtisadi baxımdan zəif durum əhalinin məntəqə xaricindəki güclərə bağlılığına şərait yaradır. Daxili və xarici siyasətdə balanslaşdırma aparmaq üçün yaradılmış şəraitdə vəhhabilik kimi çaşqın bir cərəyan, bəhailik, məsihilik, hətta hind krişnaçılığı özünü göstərməkdədir. Bütün bunlar şiələr üçün mövcud durumu daha da çətinləşdirir.

Hazırkı araşdırmada şiəliyin tarixçəsi, məntəqənin coğrafi xüsusiyyətləri nəzərdən keçirilməklə ictimai durum dəyərləndirilir, dini fərqlər açıqlanır, iqtisadi struktur nəzərdən keçirilir. Bu yazıda İslam İnqilabının qələbəsindən sonra formalaşmış partiyalar, siyasi qruplar, öyrənilir, şiə qruplarının fəaliyyətləri təhlil olunur. Mədəniyyət bölməsində ədəbiyyat, örtük, mətbuat, dini məkanlar, dini ayinlər nəzərdən keçirilir. Əsərdə mövcud hakimiyyətlə ruhanilər arasındakı münasibətlərə xüsusi yer verilir, şiə ruhanilərinin fəaliyyətləri diqqət mərkəzində saxlanılır. Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası, xüsusilə Qum Elm Hövzəsi arasındakı rabitələr yekunlaşdırılır və nəticə çıxarılır.

Hazırkı kitabda informasiyaların toplanması üçün müxtəlif üsullardan istifadə edilmişdir. Sosiologiyada xüsusi əhəmiyyət kəsb edən sosioloji sorğular aparılmışdır. Daha böyük qruplar arasında müqayisə aparılarkən dəqiqlik gözlənilmiş, məqsədə çatmaq üçün sorğular keçirilmişdir. Sorğuların özündə də müxtəlif üsullar diqqəti çəkir. Bu qəbil mütaliə ictimai səhnədə, kitabxanalarda mütaliənin, müşahidə və sorğularla mtaliənin tərkib hissəsidir. Yazıda Qafqaz problemləri üzrə ekspertlər, ruhani tələbələr və universitet tələbələri, səyahətçilər və ziyarətçilərlə müsahibələr də təhlil edilmişdir. 

  • Yazılıb
  • da (də) 2010 Nov 07