Tarix : 2010 Nov 08
Kod 19525

Azərbaycan Respublikasında parlament seçkiləri keçirildi

Müxalifət kütləvi saxtakarlıqdan şikayətlənir
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dünən, noyabrın 7-də AzərbaycanRespublikasından Milli Məclisə seçkilər keçirilib. İlkin nəticələr gecə saatlarında açıqlandı və MSK-nın rəsmi saytında yerləşdirilib. Lakin hələ nəticələr elan edilmədən əvvəl, müxalifət partiya və blokları bəyanatlar yayaraq, seçkilərin gedişatı zamanı ciddi saxtakarlıqlara yol verdiyi haqda məlumatlat yayıblar. Bəyanatlarda kütləvi saxtakarlıq nəticəsində, öncədən müəyyən edilmiş namizədlərin xeyrinə müxtəlif yollarla səslərin verildiyi, bəzi hallarda isə ümumiyyətlə saxta rəqəmlərin göstərildiyi bildirilir.

“Aran”ın müxbirinin Bakıdan verdiyi məlumatda bildirilir ki, müxalifət tərəfdarları kütləvi saxtakarlığa yol verildiyini bildirdiyi halda, hakimiyyət təmsilçiləri seçkiləri “şəffaf və demokratik” elan edib.

Xatırladaq ki, Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçici var. Milli Məclisə seçkilər 125 dairədə və 5314 seçki məntəqəsində keçirilib. 690 namizədin adı seçki bülletenlərinə daxil edilib.

Seçkiləri izləmək üçün ümumilikdə 46 639 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 3466 nəfəri bütün respublika üzrə müşahidə aparmaq səlahiyyətinə malikdir. Dairələr üzrə isə 43 173 müşahidəçi qeydə alınıb. Beynəlxalq müşahidəçilərə gəlincə, 21 beynəlxalq qurumdan 1029 nəfər MSK-da qeydiyyatdan keçib. Onların arasında Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa İttifaqının Bakı nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB, GUAM, eləcə də ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası və s. var. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edirlər.

Seçkilər saat 19.00-da sona çatan kimi, Mərkəzi Seçki Komissiyası parlament seçkisinin yekununa dair iclas keçirib. Parlament seçkiləri zamanı Azərbaycan Mərkəzi Seçki Komissiyasına səkkiz seçki dairəsindən məntəqə seçki komissiyalarının təxminən 100 aktı daxil olub. Bu barədə bazar günü MSK-nın iclasında Komissiyanın katibi Natiq Məmmədov bildirib.

Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə əlaqədar olaraq saat 19.00-a növbəti hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda keçirilmiş parlament seçkilərində ölkə üzrə seçicilərin 2 480 205 nəfəri səsvermədə iştirak etdiyi bildirilib. Bu, ölkə üzrə seçicilərin 50,14%-i deməkdir.

 

“Aran” İA

 

 

  • Yazılıb
  • da (də) 2010 Nov 08