Tarix : 2010 Nov 10
Kod 19553

Bakıda Dövlət Bayrağı Muzeyi açıldı və bir gündən sonra bağlandı

dünən Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü münasibətilə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı oldu. Lakin bir gün keçdikdən sonra muzey bağlanıb
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dünən Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü münasibətilə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı oldu. Lakin bir gün keçdikdən sonra muzey bağlanıb. Bakı müxbirimizin məlumatına görə, noyabrın 10-da ANS PRESS-in müxbirləri reportaj hazırlamaq üçün muzeyə yollansalar da, muzeyin ziyarətçilərin üzünə bağlı olduğunu görüblər. Jurnalistlərlə yanaşı muzeyi ziyarətə gələn sadə vətəndaşlar da muzeyə girə bilmədikləri üçün çox məyus olublar.

Muzeyin qapıları bağlı olduğundan yalnız mühafizəçilərdən muzeyin bağlı olmasının səbəbini öyrənmək mümkün olub. Onlar isə muzeyin bağlı olduğunu və bununla bağlı xüsusi göstəriş verildiyini bildiriblər.

Qeyd edək ki, Muzey Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunub və bu il sentyabrın 1-də təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 10