Tarix : 2010 Nov 10
Kod 19556

İSRAİL GÜRCÜSTANIN SİLAHLANDIRILMASINDA YENİLİK EDİR

Baxmayaraq ki, hər iki tərəf bunu təkzib edir
Beynalxalq servsi/Aran agentliyi

İsrail, Gürcüstanda müasir "Merkava-4" tanklarını yerləşdirməyə başlayacaq. FaktXeber.com-un "Kursor"a istinadən verdiyi məlumata əsasən, İsrail Müdafiə Nazirliyi Amerika Adminstrasiyası ilə yekdil razılıqdan sonra dost əlaqələrə malik ölkələrin qoşunlarında "Merkava-4" tipli tankların yerləşdirilməsinə icazə verib.

Xatırladaq ki, dost ölkələr içərisində Gürcüstanın adı da var.

Həmçinin onu da qeyd edək ki, "Merkava-4" tankı mütəxəssislər tərəfindən son illərin ən yaxşı tanklarından biri kimi qiymətləndirilir. Əvvəllər İsrail hərbi sənayesi ildə onlarca "Merkava-4" tankı istehsal edirdi. Bu tanklar istisna olaraq SAXAL-ın silahlandırılmasın istifadə olunurdu. Nəzərinizə çatdıraq ki, 2008-ci il avqust müharibəsindən sonra İsrail, Rusiyanın tələbinə əsasən Gürcüstanın silahlandırmasını dayandırmışdı. Avqust ayında İsrailin Xarici İşlər naziri Aviqdor Liberman İsrailin daha Gürcüstanla silah sahəsində əməkdaşlıq etməyəciyini bildirmişdi.

Gürcüstanın regionların inkişafı və infrostruktur naziri Ramazom Nikolaişvili ilə görüş ərəfəsində İsrailin XİN naziri iki dəfə, "Yaxın Şərqdə və Qafqazda davam edən həssas vəziyyətə görə, iki ölkə arasında hərbi əlaqələr mövzusu gündəmdə deyil" - deyə vurğulayıb. Bunun əvəzinə o,  ictimai sahədə ticari-iqtisadi əlaqələrin başlanmasını xüsusi qeyd edib.

Amma buna baxmayaraq, bu ilin əvvəllərindən Rusiyanın xüsusi xidmət orqanları və ekspertləri dəfələrlə Gürcüstanin İsraildən yeni silahlar alaraq, sürətli şəkildə silahlandırılmalarını bildiriblər. Gürcüstanın ali təbəqəsinin rəsmi simaları dəfələrlə İsrailin onların dövlətinin müdafiəsinin möhkəmlətməsində əli olduğunu bildirib.

 

  • Yazılıb
  • da (də) 2010 Nov 10