Tarix : 2010 Nov 10
Kod 19557

ADP SƏDRİ SEÇKİ SAXTAKARLIĞINDAN MSK-YA ŞİKAYƏT ETDİ

Şikayət ərizəsində seçki məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı yüzlərlə fakt göstərilib
Azerbaijan servsi/Aran agentliyi

Faktxeber.com-un verdiyi məlumata görə, bu gün ADP sədri 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd S.Cəlaloğlu həmin dairədən seçkilərin nəticəsi ilə bağlı dairə seçki komissiyasının qərarının ləğv edilməsi haqqında şikayətini MSK-ya təqdim edib.
Şikayət ərizəsində seçki məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı yüzlərlə fakt göstərilib. Şikayət ərizəsi ilə bağlı S. Cəlaloğlu deyib. ”Bu faktların əksəriyyəti cinayət xarakterlidir və bu cinayət əməllərini törədən dairə, məntəqə sədrləri və digər məsul şəxslər barədə cinayət işinin başlanması ilə haqqında ayrı-ayrı məhkəmə instansiyalarına müraciət olunacaq”.

  • Yazılıb
  • da (də) 2010 Nov 10