Tarix : 2010 Nov 10
Kod 19561

Prezident Əhmədinejad gələn həftə Bakıya səfər edəcək

Mahmud Əhmədinejadla İlham Əliyev görüşəcəklər
Azerbaijan servsi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin verrdiyi məlumata görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad gələn həftə Azərbaycan Respublikasına səfərə yollanacaq. İran KİV-lərinin məlumatına görə, prezidentin səfərinin başlıca məqsədi Xəzəryanı dövlət başçılarının sammitində iştirak etməkdir. Rəsmi mənbələrə istinadən bildirilir ki, prezident Əhmədinejadın səfəri çərçivəsində Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur. Bununla bərabər, iki ölkənin digər yüksək vəzifəli rəsmi şəxslərinin görüşləri də keçiriləcək.

Xəzəryanı dövlətlərin başçılarının sammiti noyabrın 18-də Bakıda keçirilməlidir.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Nov 10