Ermənistan Respublikasının baş nazirinin müavini, ərazi idarəetmə naziri Armen Gevorgyan 2 günlük işgüzar səfərlə Türkiyə Cümhuriyyətinə yollanıb. Bu haqda Ermənistan KİV-ləri məlumat yayıb
Türkiyə servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Ermənistan Respublikasının baş nazirinin müavini, ərazi idarəetmə naziri Armen Gevorgyan 2 günlük işgüzar səfərlə Türkiyə Cümhuriyyətinə yollanıb. Bu haqda Ermənistan KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, baş nazirin müavini İstanbulda Avropa Regionları Assambleyasının illik iclasında iştirak edəcək.
Qeyd edək ki, illik iclas zamanı Ermənistan Respublikasının bu quruma üzvlüyə qəbul edilməsi nəzərdə tutulub.
Hökumət başçısının müavini Armen Gevorgyan bu arada Türkiyə dövlətinin bir sıra rəsmilərilə də görüşlər keçirəcəyi bildirilir.
“Aran” İA