Tarix : 2010 Nov 12
Kod 19573

İsraildə növbəti rüsvayçı istefa

bu dəfə İsrailin daxili təhlükəsizlik nazirliyinin rəhbəri Xaqay Peleq hamı üçün gözlənilməz addım atıb
Beynalxalq servsi/Aran agentliyi

İsraildə daha bir qalmaqallı istefa reallaşıb.

İslam-Azeri.az İnternet qəzetinin sionist KİV-inə istinadən verdiyi xəbərə görə, bu dəfə İsrailin daxili təhlükəsizlik nazirliyinin rəhbəri Xaqay Peleq hamı üçün gözlənilməz addım atıb.

Onun istefa ərizəsini yazmasına isə tabeçiliyində olan qadının nazirə qarşı ittiham irəli sürməsi olub. Adı məxfi saxlanılan qadın məhkəməyə müraciət edərək bildirib ki, şefi ona qarşı cinsi təcavüz etməyə cəhd göstərib.

Hələlik araşdırmalar davam edir. Amma Peleq artıq vəzifəsini tərk edib.

Qeyd edək ki, sionist rejimin elitası arasında belə hallara tez-tez rast gəlmək olur. Bir misal kimi İsrailin sabiq prezidenti Moşe Katsavın bütün dünyaya rüsvay olmasını göstərmək mümkündür. O, uzun müddət günahını inkar etsə də, sonda tabeçiliyində olanlara qarşı cinsi təcavüz hərəkətlərinə yol verməsini etiraf etmişdi.

  • Yazılıb
  • da (də) 2010 Nov 12