5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 7 noyabr 2010-cu il parlament seçkilərində ''Qarabağ'' blokunun vahid namizədi olmuş Əbdül Məmmədov seçki günü məntəqə seçki komissiyalarında ...
Azerbaijan servsi/Aran agentliyi
5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 7 noyabr 2010-cu il parlament seçkilərində "Qarabağ" blokunun vahid namizədi olmuş Əbdül Məmmədov seçki günü məntəqə seçki komissiyalarında (MnSK) baş verən qanun pozuntuları və saxtakarlıq faktları ilə bağlı Dairə Seçki Komissiyasına (DSK) və Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdi. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirlərinə Ə.Məmmədovun özü verib
12-11-2010
“Seçkidən bir gün sonra 5 saylı Dairə Seçki Komissiyasında heç kim olmadığından şikayətimi məcbur qalıb poçt vasitəsilə göndərmişəm. Saxtakarlıqlarla bağlı yetərli məlumatlar toplamışam və əlimdə faktlar var. Bütün məhkəmə instansiyalarını keçərək şikayətimi Avropa İnsan Haqları Məhkəməsinə qədər aparacağam”, - deyə Ə.Məmmədov deyib.
Keçmiş namizəd onu da bildirib ki, seçki günü MnSK-larda və DSK-da baş verən qanunsuzluqlar olduqca çoxdur. “Bu vaxta qədər belə biabırçı seçki görməmişdim. Bu Azərbaycanın imicinə, demokratik inkişafına vurulan zərbədir. Seçki günü səslər kobud və açıq şəkildə saxtalaşdırılıb. Qutulara topa-topa bülletenlər atılıb. Səslərin sayılması prosesi məntəqələrdə deyil, dairədə aparılıb”, - deyə qeyd edən Ə.Məmmədov şikayətində seçkilərin nəticələrin ləğv edilməsini və seçki saxtakarlığına görə günahkarların cəzalandırılması tələb edir.
5 saylı Şahbuz-Babək DSK-dan irəli sürülən ittihamlara cavab verən olmadı. DSK-dan sədrin Bakı şəhərində olduğu bildirilərək, müxbirimizin sualları cavablandırılmayıb.