Tarix : 2010 Nov 12
Kod 19579

Bakıda teleqüllənin yaxınlığında döyüş sursatı aşkarlanıb

Minə yaxın hərbi sürsatın kimlər tərəfindən gizlədildiyi hələ ki, məlum deyil
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Bakıda teleqüllənin yaxınlığında minə yaxın partlamamış hərbi sursat aşkarlanıb.

Hazırda həmin yerdə Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 14 əməkdaşından ibarət operativ qrup və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zəzərsizləşdirmə üzrə iş aparırlar. Bu barədə elə bu gün jurnalistlərə ANAMA-nın direktoru Nazim İsmayılov deyib.

Aşkar olunmuş hərbi sursatlar arasında müxtəlif kalibrli döyüş sursatları, idarə olunmayan reaktiv mərmilər tipli raketlər var.

Partlamamış hərbi sursat çərşənbə günü axşam Azərbaycanın paytaxtında teleqüllənin yaxınlığında aşkar olunub.

Həmin yerdə 125 millimetrlik zirehli hərbi sursat aşkarlanıb. Bu barədə cümə axşamı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda teleqüllənin ətraf ərazilərində gözətçi dəstəsi qoyulub və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə hasar çəkilib, məlumatda deyilir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 12