Gürcüstanın müdafiə nazirinin müavini İrakli Vaşakidze Pentaqonda qapalı görüşdə amerikalı həmkarlarıyla danışıqlar aparıb
Gürcüstan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Gürcüstanın müdafiə nazirinin müavini İrakli VaşakidzePentaqonda qapalı görüşdə amerikalı həmkarlarıyla danışıqlar aparıb. Görüşdən sonra Vaşakidze jurnalistlərə bildirib ki, görüş Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq haqqında “Çərçivə sazişi” çərçivəsində keçib. O, bunları bəyan edib: “Biz Gürcüstanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsi məsələsini müzakirə etmişik”.
Müdafiə nazirinin müavini vurğulayıb ki, ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlıq planlı şəkildə aparılır: “Bu, çox səmərəli işgüzar və praktiki görüşdür”. Lakin nazir müavini ABŞ-ın Müdafiə Nazirliyindəki görüşün təfərrüatlarını açıqlamayıb.
Bununla yanaşı, İrakli Vaşakidze qeyd edib ki, görüş zamanı Gürcüstana ABŞ-dan olan həmkarları ilə “vacib istiqamətlər” üzrə hərbi əməkdaşlığı inkişaf etdirməyə imkan verən “konkret planlar” və “prioritetlər”ə də toxunulub.
Xatırladaq ki, Gürcüstan Cənubi Qafqazda ABŞ-la ən sıx hərbi əməkdaşlığı olan ölkə kimi tanınır və bu dövlətin rəsmi siyasəti NATO-ya üzv olmağa istiqamətlənib.
“Aran” İA