Beynalxalq servisi/Aran agentliyi
Gürcüstan və Rusiya arasındakı növbəti insident Qara dəniz sularında baş verib. 12 noyabr, cümə günü Gürcüstanın sərhəd polisi Poti limanında Pranik gəmisini tutub. Gəmi, Moldova bayrağı altında üzüb. Gəminin bortunda 11 nəfərdən ibarət ekipaj vardır. Onlardan yeddisi Ukrayna vətəndaşı, qalanları isə Rusiya vətəndaşıdır.
Faktxeber.com-un "Utro.ru"-ya istinad etdiyi xəbərə görə tutulmanın əsas səbəbi, gəminin kapitanı olan rusiyalı Sergey Qoloşapov Gürcüstan Dəniz Hərəkətləri qanunlarını pozmuşdur. Dövlət liman nəzarətinin icazəsi olmadan kiçik üzücü vasitənin endirilməsi əmri vermişdir. Məlumata görə onu, 29 min dollar cərimə gözləyir.