Tarix : 2010 Nov 13
Kod 19583

BAKIDA DAHA BİR QƏBİRİSTANLIQ YERLƏ YEKSAN EDİLDİ

Qəbiristanlığın yerində uşaq meydançası, xeyir-şər evi və park salınacaq
Azərbaycan servisi/Aran agentliyi

Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi El�an Həsənov və Abbasqulu ağa Bakı�anov küçələrinin kəsişməsində yerləşən və tə�minən 1 hektara ya�ın ərazisi olan məzarlıq yerlə yeksan edilib. Bu barədə qəsəbə sakini Mirvari Ələkbərova ANS-ə şikayətində bildirib.

Onun sözlərinə görə, qəbiristanlıq xəbərdarlıq edilmədən dağıdılıb. Bu barədə dəfələrlə şikayət edilsə də, heç bir faydası olmayıb.

“Bilmirəm ki, nə edim? Heç kimə xəbər vermədən qəbiristanlığı şumlayıblar. Bütün qəbirlər dağıdılıb. Şikayət edəndə, deyirlər ki, qəbiristanlıq köhnə olduğu üçün dağıdılıb. Məgər qəbiristanlıq köhnələndə atılır?”, söyləyən şikayətçi Mirvari xanım qəbiristanlığın 1941-ci ildə salındığını bildirdi.

Məsələ ilə əlaqədar söküntü işlərinə rəhbərlik edən Suraxanı rayon İcra Hakimiyyətinin Əmircan qəsəbəsi üzrə nümayəndəsi Hacıbala Əlişabanl ANS PRESS-ə açıqlamasında qəbiristanlığın həqiqətən də onlar tərəfindən dağıdıldığını bildirdi. O, gördüyü bütün işlərə cavabdeh olduğunu və bunun xeyirli əməl olduğunu qeyd etdi. Qəsəbə nümayəndəsinin sözlərinə görə, qəbiristanlığın dağılmasına səbəb onun qədim olmasıdır.

“Bu, çox qədim qəbiristanlıq idi. Bu yaxınlarda icra başçısı səyyar görüş keçirəndə camaat şikayət etdi ki, həmin qəbiristanlıq baxımsızdır. Qəbiristanlıq 3 tərəfdən evlərlə, 1 tərəfdən isə hasarla əhatələnib. Həmin qəbirstanlıqdan 120 maşın zibil çıxarmışıq. Əgər sizə şikayət edənlər öz ölülərinin qədrini bilirdilərsə, niyə oranı zibilləyirdilər, Hasar söküldü, yer hamarlandı. Qəbiristanlığın yerində 2 variantda layihə işlənib hazırlanır. Qəbiristanlığın yerində uşaq meydançası, xeyir-şər evi və park salınacaq. Layihə artıq hazırdır. ərazini hamarladıq, qəbirlər və nəşlər torpağın altında qaldı. Ora yenə də torpaq tökəcəyik. Əmircanda təkcə həmin qəbiristanlıq sökülməyib. Qəsəbədə 2 qədim qəbiristanlıq dağıdılıb. Biri kənd sovetinin qarşısında olub, hazırda onun üstündə park salınıb. Digər sökülən qəbiristanlığın yerində isə futbol meydançası salınıb. Şikayətçilərə həm şəriət qaydaları, həm də sanitariya qanunları ilə cavab verməyə hazıram. Şəriət baxımından bir qəbiristanlıq 33 ildən sonra yerlə-yeksan olunmalıdır. Bu, şəriət qanunudur. Mən sözü deyəndə, onun arxasında dayanan adamam”, - deyə qəsəbə nümayəndəsi vurğuladı.

Qəbiristanlığın dağıdılması barədə xəbərdarlığa gəlincə, qəsəbə nümayəndəsinin sözlərinə görə, bu xəbərdarlıq 70-80-ci illərdə edilib. Bundan başqa, sakinlərə təxminən il yarım bundan qabaq da qəsəbə nümayəndəliyi tərəfindən xəbərdarlıq edilib.

Şəriət baxımından qəbiristanlığın 33 ildən sonra darmadağın edilməsinə gəlincə, “Karvan” dini jurnalının şef-redaktoru İsmayıl Əhmədov açıqlamasında bunun cəfəngiyyat olduğunu bildirdi.

“Şəriətdə belə bir qanun yoxdur. Dini baxımdan əgər qəbir tamamilə yerlə-yeksan olubsa, o zaman həmin yerdə yenidən meyit dəfn etmək olar. Yaxud, əgər qəbiristanlıq hansısa dövlət layihəsinin üzərinə düşürsə, bu zaman məzarlardakı nəşlər dini adət-ənənə ilə yenidən başqa yerdə dəfn olunmalıdır. Lakin məzarların şumlanması heç bir dini, mənəvi əxlaqa sığmır”, söyləyən İsmayıl Əhmədov bu işi görənlərin böyük günah sahibi olduğunu vurğuladı.

Əlbəttə, günahkar Allah qarşısında, cinayətkar isə qanunla cəzalanacaq.

  • Yazılıb
  • da (də) 2010 Nov 13