Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının büdcə kəsiri artıq 4 trilyon dollar təşkil edir. İldən-ilə artan büdcə kəsiri, Amerikada prezidentdən tutmuş hər bir dövlət rəsmisini narahat etməyə başlayıb. Artıq ölkənin maliyyə sektorunda yarnan problemlə bağlı Barak Obama da müxtəlif göstərişlər verib. Ağ Ev rəhbəri büdcə kəsirinin azaldılması istiqamətində dövlət rəsmilərindən təkliflər gözlədiyini açıqlayıb. Preizdnet Barak Obama tərəfindən vəzifələndirilən komissiya başçıları isə, təqaüdçülərin maaşlarınIN azaldılmasından tutmuş, vergilərin artırılmasına kimi bir neçə təkliflər paketi hazırlayaraq, 4 Trilyon dollar büdcə kəsirinin aradan qaldırılması üçün prezidentə göndəriblər.