Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının İraq, Braziliya,Vyetnam və Cənubi Afrika Respublikasında səfirlikləri açılacaq.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının İraq, Braziliya,Vyetnam və Cənubi Afrika Respublikasında səfirliklərinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərinin həlli, Xarici İşlər Nazirliyinə isə bu səfirliklərinin struktur və ştat cədvəlinin təsdiq etməsi tapşırılıb.
Dəqiq vaxtı göstərilməsə də, yaxın zamanlarda bu dövlətlərdə Azərbaycanın səfirliklərinin açılacağı bildirilir.
“Aran” İA