Tarix : 2010 Nov 16
Kod 19620

Qurban bayramı ərəfəsində Bakıda qiymətlər qalxdı

Qurban bayramı ərəfəsində Bakıda bir çox məhsulların qiymətləri nəzərəçarpacaq qədər artıb
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Qurban bayramı ərəfəsində Bakıda bir çox məhsulların qiymətləri nəzərəçarpacaq qədər artıb.

Bayram ərəfəsində vətəndaşları ən çox maraqlandıran isə qurbanlıq heyvanların, əsasən də qoyunların qiymətidir. Satıcılar bildirdilər ki, 12 kiloqramlıq quzu 120 manata, 20-25 kiloqramlıq qoyun 200 manatadır. 30 kq-lıq qoyunun qiymətinin isə kq-nın 8 manatdan hesablandığını bildirdilər. Bu isə 240 manat edir.

Lakin qiymətin bahalığına baxmayaraq, diri heyvan alanlar da az deyil. Qurban bayramı günü qurban kəsmək istəyində olanlar baha da olsa, qurbanlıq heyvanların tədarükünə başlayıblar.

Müxbirimizin verdiyi məlumatda bildirilir ki, artıq bir ənənəyə çevrilmiş “bayramqabağı bahalaşma” az qala, ərzaq məhsullarının bütün çeşidlərində özünü göstərir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 16