Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Qurban Bayramı günləri - noyabrın 15, 16 və 17-sində gənc yazarlar Günel Mövlud, Nərmin Kamal və Sahilə İbrahimova paytaxt Bakıdakı “Əli və Nino” kitab dükanında hər biri bir günlük satıcısı olacaq. Layihəni “Qanun” nəşriyyatı ilə Bakının mərkəzində yerləşən “Əli və Nino” kitab mağazası birgə həyat keçirir.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun “Azadlıq” Radiosuna dediyinə görə, məqsəd oxuculara xarici və yerli müəlliflərin kitablarını seçməkdə yardım göstərmək, yazıçı ilə oxucu arasında virtual əlaqəni real müstəviyə keçirməkdir.
Qeyd edək ki, belə bir tədbir Bakıda ilk dəfədir ki, keçirilir.
“Aran” İA