Tarix : 2010 Nov 17
Kod 19640

Əhmədinejadın Azərbaycana səfəri başlayıb

Bu gün İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri başlayıb
Beynalxalq servisi/Aran agentliyi

Bu gün İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri başlayıb.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Qarşılanmadan sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Mahmud Əhmədinejad və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

 

  • Yazılıb
  • da (də) 2010 Nov 17