Tarix : 2010 Nov 17
Kod 19646

MSD “Fədakarlıq bayramı” adlı tədbir keçirdi

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi Qurban bayramını qadınlar üçün xüsusi, gözəl bayram tədbirilə qeyd edib
Azərbaycan servisi/Aran agentliyi

 

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Qadınlarla iş üzrə sektoru Qurban bayramı münasibətilə zərif cinsin nümayəndələri üçün “Fədakarlıq bayramı” adlı tədbir təşkil edib. Tədbir müqəddəs Kitabımız Qurani-Kərimin oxunuşu ilə başlayıb. Bayram tədbirini Birliyin Qadınlarla iş üzrə sektorunun koordinatoru Zülfiyyə Səfərova açaraq xanımları təbrik etdi.

Daha sonra “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin qadınlar arasında keçirdiyi “12 sual-12 cavab” müsabiqəsinin qalibləri elan edilərək mükafatlandırıldı. Mükafatlandırma mərasimindən sonra çıxış üçün söz “Mənəvi Saflıq” jurnalının şef-redaktoru Könül İsmayılqızına verildi. Şef-redaktor öz çıxışında Qurban bayramının bir sıra mənəvi-əxlaqi xüsusiyyətlərini qeyd edərək qurbanlığın mahiyyətini açıqladı.

Çıxışdan sonra Birliyin xanımları tərəfindən hazırlanmış “Rəbbimlə söhbətim” adlı slayd nümayiş olundu. Tədbirdə Azərbaycanda ilk dəfə olaraq hicablı xanımlar üçün modelyer-stilist Mehrinin təqdimatında moda nümayiş etdirildi. Moda nümayişində örtülü xanımlar üçün bir-birindən gözəl hicab modelləri təqdim olundu. Bundan əlavə, tədbirdə müxtəlif intellektual-əyləncəli oyunlar, dini mövzulu viktorinalar keçirildi. Sonda tədbir dua oxunuşu ilə sona çatdı.

 

Mənəvi Saflığa Dəvətİctimai Birliyi

  • Yazılıb
  • da (də) 2010 Nov 17