Tarix : 2010 Nov 18
Kod 19650

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti işə başlayır

Bakıda “Xəzər beşliyi” prezidentnlərinin iştirakıyla 3-cü zirvə toplantısı keçirilir
Beynalxalq servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, bu gün Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçiriləcək. Zirvə toplantısında Xəzər dənizinin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə açıqlamasında bildirib ki, “Xəzər beşliyi”nin bu günkü görüşü regional əməşdaşlıqda əsas məsələlərlə bağlı danışıqlara əhəmiyyətli impuls verməlidir. Bu, ilk növbədə Xəzərin yeni hüquqi statusu, eləcə də neft-qaz yataqlarının işlənməsi və karbohidrogen ehtiyatlarının nəqli, maliyyə və sərmayə, ticarət, nəqliyyat, bioresurslardan istifadə, ətraf mühitin mühafizəsi kimi sahələrdə daha sıx əməkdaşlıq məsələlərinə aiddir.

Kremldə bildirirlər ki, sammitin gündəliyinə Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı vəziyyəti, iqtisadiyyat, nəqliyyat, kommunikasiya sahəsində əməkdaşlıq məsələləri daxildir: “Biz ilk eövbədə balıqçılıq, gəmiçilik, Xəzər, Azov və Qara dəniz hövzələrinin su nəqliyyatı ilə birləşməsi və Xəzər iqtisadi əməkdaşlığı təşkalatlarının fəaliyyətini nəzərdə tuturuq. Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XİƏT) yaradılması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə bağlı fəal irəliləyişə nail olmaq niyyətindəyik” - deyə Rusiya prezidentinin köməkçisi bildirib. O qeyd edib ki, Xəzər sammitinin əsas vəzifəsi Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya üzərində işdir və o, bu görüşdə başa yekunlaşmayacaq.

Sammitin yekununda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri birgə bəyanat qəbul etməli, təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı saziş imzalamaları nəzərdə tutulur. Saziş güc strukturlarının birgə fəaliyyəti üçün istiqaməti müəyyənləşdirməlidir.

Xəzəryanı ölkələrin dövlət başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci zirvə toplantısı isə 2007-ci ildə Tehranda keçirilib.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 18