Tarix : 2010 Nov 18
Kod 19651

Moskvada möhtəşəm Qurban bayramı mərasimi keçirilib

70 min müsəlmanın izdihamı ilə Qurban bayramı qeyd edilib
Russiya servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Moskvanın mərkəzi küçələrindən birinə yığışmış 70 min müsəlman böyük izdihamlı mərasimlə Qurban bayramını qeyd ediblər.

Rusiya KİV-lərinin verdiyi məlumatda bildirilir ki. Moskvanın Mərkəzi Məscidinin qarşısına toplaşan 70 min müsəlman Qurban bayramı ilə bağlı olaraq dualar oxuyub və Bayram namazı qılıblar. İmam xütbə ilə çıxış edərək, bayramın mahiyyətini açıqlayıb. Bayram namazından sonra Qurban bayramı münasibətilə çoxlu sayda – on minlərlə qurbanlıq qoyunlar kəsiblər.

Şəhər meriyasından verilən məlumata görə, həmin gün yalnız Mərkəzi Məscidin yanındakı küçələrdə 60 minə yaxın qoyun qurban kəsilib.

Məsciddə təşkil olunmuş mərasim Rusiyanın müxtəlif telekanalları vasitəsilə yayımlanıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 18