İranda istehsal olunmuş avadanlıqlar dünyanın ən qabaqcıl texnologiyaları standartlarına cavab verir
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dünən Azərbaycan Prezidentinə İranda istehsal edilmiş sutəmizləyici qurğu təqdim olunub. İranın Prezident Aparatının yeni texnologiyalar mərkəzinin istehsal komitəsinin rəhbəri Əbülfəzl Şəfiyijurnalistlərə bildirib ki, qurğu sutkada 10 min litr su filtirasiya edə bilir: "Əgər hər bir şəxsin gündəlik içmək və yemək bişirmək üçün suya tələbatını 10 litr nəzərdə tutsaq bu qurğu 1000 nəfərin suya olan təlabatını təmizləyərək istifadəsinə verə bilər. Qurğunun ölçüsü 80X60 sm. və hündürlüyü 1.2 m təşkil edir".
Ə.Səfiyinin sözlərinə görə, sutəmizləyici qurğu kiçik və böyük ölçülərdə istehsal olunur. Qurğu evin, məhəllənin, rayonun və Bakı qədər əhalisi olan bir şəhərin içməli su təminatını həyata keçirməyə qadirdir.
"İstifadə olunan içməli suyun 80 faizi axar çaylardan əldə olunur, sənaye tullantıları, əkinçilik və digər tullantılar vasitəsi ilə çirklənir, həmin sutəmizləyici qurğu bu çirkliliyi təmizəyib içməli su səviyyəsində təhvil verə bilər. Adi qaydada filtirasiya ağır dəmirləri sudan təmizləyə bilmir. Bu qurğu suda mövcud olan 99,9 faiz çirkliliyi təmizləyir", - Şəfiyi bildirib.
Çərşənbə günü Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Nanosistem Pars şirkətinin istehsal müdiri İrəc Bəratlu Trend-ə cərəyan tuneli mikroskopun və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazın xüsusiyyətlərindən danışıb.
"STM Nanoscope (Scanning tunneling microscope) cərəyan tuneli mikroskopu əsasən nano texnologiyaları sahəsində istifadə olunur. Bu qurğu nanometr ölçülərində fotolar çəkmək məqsədi ilə istifadə olunur. Qurğunun foto çəkə biləcəyi ən kiçik kadr 20 nanometrdir. Bu gurğu vasitəsi ilə molekullardan, atomdan və digər zərrəciklərdən fotolar çəkmək mümkündir. Bu qurğunu nanotexnologiyalar sahəsində bütün araşdırmalarda istifadə etmək mümkündir", - Bəratlu deyib.
Bəratlu qeyd edib ki, Prezident İlham Əliyevə təqdim olunan üçüncü qurğunun ən əsas xüsusiyyəti ondan ibarətdir ki, qurğu uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirə bilir (OAE sınağı).
"Dünyaya göz açmış hər 1000 uşaqdan 6-sı ya zəif eşidir ya da eşitmə qabiliyyəti yoxdur. Bu məsələni keçmişdə uşaqlarda aydınlaşdırmaq mümkün deyildi, lakin indi bu qurğunun vasitəsi ilə uşaqların bu problemini həll etmək mümkündir. Əgər üç yaşına qədər uşaqlarda bu xəstəlik təyin olunarsa 99 faiz müalicə imkanı var, lakin üç yaşından sonra demək olar ki, müalicə olunması çətin olur", Bəratlu deyib.
Onun sözlərinə görə, OAE sınağı ABŞ və Kanada kimi ölkələrdə məcburidir.
“Aran” İA