Tarix : 2010 Nov 20
Kod 19655

NAMİZƏDLƏR SEÇKİ SAXTAKARLIĞINDAN DANIŞDI

“Xural”da seçki saxtakarlığı ilə bağlı dəyirmi masa təşkil olundu
Azərbaycan servisi/Aran agentliyi

Bu günlərdə “Xural” qəzetinin redaksiyasında 7 noyabr seçkilərində baş verən saxtakarlıqlarla bağlı dəyirmi masa təşkil olunub. Tədbirdə jurnalistlər, keçmiş namizədlər və tanınmış şəxslər iştirak edib. Dəyirmi masada deputatlığa namizəd və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, namizədlərdən Azər Həsrət, Razi Abasbəyli, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı və başqaları ölkə boyu baş verən seçki saxtakarlığından danışıblar.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tədbiri 7 noyabr seçkilərindən sonra baş verənlərin telekanalında təşkil etdiklərini vurğulayıb. O, seçkilərdəki total saxtakarlıqla bağlı faktların yalnız internetdə və sosial şəbəkədə daha çox yayıldığını deyib.
Daha sonra tədbir iştirakçıları seçkilər zamanı baş verən saxtakarlıqlarla bağlı bir neçə faktı  diqqətə çatdıraraq builki seçkilərin daha bərbad və tarixdə ən saxtakar bir seçki kimi həkk olunduğunu söyləyiblər.  

  • Yazılıb
  • da (də) 2010 Nov 20