Tarix : 2010 Nov 20
Kod 19656

NARDARANDA “İŞIQ ÜSYANI” OLDU

Aksiyaçıların ANS-ə verdiyi məlumata görə, nardaranlıların etirazına qəsəbəyə verilən işıq enerjisinin kəsilməsi səbəb olub
Azərbaycan servisi/Aran agentliyi

Dünən Sabunçu rayonu Nardaran qəsəbəsinin sakinləri qəsəbədə etiraz aksiyası keçirib. Aksiyaçıların ANS-ə verdiyi məlumata görə, nardaranlıların etirazına qəsəbəyə verilən işıq enerjisinin kəsilməsi səbəb olub.

“İşıqlarımız tez-tez sönürdü. Bu gün (dünən-red.) səhər işıq idarəsindən gəlib işıqları tamamilə kəsdilər. Səbəbini də demədilər. Dedilər ki, bu gün (dünən-red.) qəsəbəyə işıq verilməyəcək. İşıqları hansı səbəbdən kəsdiklərini bilmirik. Kənddə hamı işıqpulunu verib” - deyə qəsəbə sakini Mahir Mikayılov bildirib.
“Bakıelektrikşəbəkə” QSC-dən verilən məlumata görə, qəsəbəyə elektrik enerjisi verilişinin dayandırılmasına səbəb ərazinin naqillərinin yenilənməsidir. Belə ki, Nardaran-1 və Nardaran-2 adlanan əraziyə müasir naqilləşmə sistemi ilə əlaqədar olaraq elektrik verilişi müvəqqəti olaraq dayandırılıb. Təmir işləri yekunlaşandan sonra kəndə işıq veriləcək.  

  • Yazılıb
  • da (də) 2010 Nov 20