Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə,Qax rayonunun Qaxingiloy kənd sakini Məmməd Məmmədovunqeyri-ənənəvi radikalyönümlü dini təriqətlərdən birinin təbliği ilə məşğul olması müəyyən edilib. Bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, Qax rayon Polis Şöbəsi və MTN-in rayon şöbəsi əməkdaşlarının əldə etdikləri məlumatlar əsasında noyabrın 18-də M.Məmmədovun evinə baxış keçirilib. Oradan təbliği və yayımı qanunla qadağan edilmiş 168 ədəd kitab, 100 ədəd broşüra və 24 ədəd müxtəlf audio-video kassetlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
“Aran” İA