Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə Komitəsinin (3-cü Komitə) iclasında Azərbaycan Respublikasının ənənəvi olaraq irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi konsensusla qəbul edilib.
Qətnaməyə 71 dövlət, o cümlədən İran İslam Respublikası həmmüəllif kimi qoşulub.
İtkin düşmüş şəxslər məsələsinin şəffaflıq, məsuliyyətlilik, ictimaiyyətin cəlb olunması və iştirakı ilə bütün ədalətlilik və qanunun aliliyi mexanizmlərinə istinadən sülhquruculuq prosesinin tərkib hissəsi kimi ünvanlanması ehtiyacının vurğulanması, münaqişə tərəfləri olan dövlətlərin itkin düşmüş şəxslər fenomeni ilə mübarizə aparılmasında, itkin düşmüş şəxslərin talelərinin müəyyən olunmasında və müvafiq mexanizmlərin, siyasətlərin və qanunların tətbiqində məsuliyyətlərinin tanınması qətnamənin əsas elementlərini təşkil edir.
Qətnamənin BMT Baş Assambleyasının bu ilin dekabr ayında keçiriləcək iclasında yekun təsdiqi nəzərdə tutulur.
“Aran” İA