Gürcüstan hökumətində növbəti kadr dəyişikliyi edilib. Bu barədə AzərTAc-ın xüsusi müxbirinə yerli hökumətin mətbuat xidmətindən məlumat verilib
Gürcüstan servsi/Aran agentliyi
Gürcüstan hökumətində növbəti kadr dəyişikliyi edilib. Bu barədə AzərTAc-ın xüsusi müxbirinə yerli hökumətin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, reinteqrasiya məsələləri üzrə Gürcüstan dövlət naziri Temur Yakobaşvili Gürcüstanın ABŞ-da səfiri təyin edilib. Onu Gürcüstan Təhlükəsizlik Şurasının katibi Yekaterine Tkeşelaşvili əvəz edəcək. Y.Tkeşelaşvili, həmçinin Baş nazirin müavini vəzifəsini də yerinə yetirəcək.
Xarici işlər nazirinin birinci müavini Qiqa Bokeria Gürcüstan Təhlükəsizlik Şurasının katibi seçilib.