Tarix : 2010 Nov 21
Kod 19682

Pakistan ABŞ-a ''yox'' dedi

Pakistan hökuməti ABŞ-ın raket zərbələri endirilməsinə icazə verilmiş ərazilərin genişləndirilməsinə dair xahişini rədd edib.
Beynalxalq servsis/Aran agentliyi

Pakistan hökuməti ABŞ-ın raket zərbələri endirilməsinə icazə verilmiş ərazilərin genişləndirilməsinə dair xahişini rədd edib.

İslam-Azeri.az İnternet qəzetinin AP-yə istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatlar "Əl-Qaidə" yaraqlılarını məhv etmək bəhanəsiylə bir neçə ildir ki, Pakistanın müxtəlif bölgələrində yaşayan müsəlmanlara divan tuturlar.

Pakistanın rəsmi dairələri də məhz bu faktoru əsas gətirərək, rəsmi Vaşinqtona rədd cavabı veriblər. Hökumət nümayəndələri bildiriblər ki, hətta hazırda vətəndaşlar ABŞ-ın davranışından son dərəcə narazıdırlar. Belə olan halda ərazilərin genişləndirilməsi haqqında söz gedə bilməz.
 

İslam-Azeri.az

 

 

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2010 Nov 21