Tarix : 2010 Nov 22
Kod 19693

Məkkədə azərbaycanlı zəvvarların qaldığı hoteldə yanğın olub

yanğın hotelin 5-ci mərtəbəsində otaqlardan birində elektrik şəbəkəsində yaranan qısaqapanmadan baş verib
Azərbaycan servisi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, bu gün, noyabrın 20-də müqəddəs Məkkə şəhərində azərbaycanlı zəvvarların qaldığı “Zəhratul-Hədiqə” hotelində yanğın olub. Azərbaycanlı zəvvar Hacı Namiq Qurbanovun Məkkədən APA-ya verdiyi məlumata görə, yanğın hotelin 5-ci mərtəbəsində otaqlardan birində elektrik şəbəkəsində yaranan qısaqapanmadan baş verib. Nəticədə çarpayılardan birinin örtüyü alovlanıb. Hotelin təhlükəsizlik xidməti işçilərinin müdaxiləsi nəticəsində yanğın dərhal söndürmək mümkün olub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 22