Tarix : 2010 Nov 22
Kod 19694

“Dağlıq Qarabağda” işğalçı ermənilər bir-birinə atəş açdı

Qanlı insident nəticəsində ölən və yaralananlar var
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının erməni işğalı altında olan ərazilərində işğalçı ordunun əsgərləri bir-birinə odlu silahlardan atəş açıblar. Ölən və yaralananların olduğu bildirilir.

Ermənistan mediasının yaydığı məlumata görə, noyabrın 19-da “Dağlıq Qarabağda” erməni hərbçiləri arasındakı atışma faktı təsdiqlənib. İbtidai istintaq zamanı məlum olub ki, atışmada əsgərlər Levon Yesayan, Nerses Qaloyan, Narek Saakyan və Nver Sərkisyan həlak olublar.

Qanlı insident nəticəsində əsgərlər Sərkis Melkumyan, Xaçik Aleksanyan, Masis Qriqoryan və Manvel Azruyan müxtəlif dərəcəli yaralar alıblar.

Erməni mənbələri hadisənin əsgərlər arasındakı münaqişə zəminində baş verdiyini vurğulayırlar.

Ermənistandakı “Vardanank” saytı məlumat yayıb ki, “Dağlıq Qarabağdakı” erməni əsgərlər arasındakı qanlı insident Xankəndidəki separatçı rejimin lideri Bako Saakyanın bir qrup hərbçini mükafatlandırma mərasimini də təxirə salıb. Mərasimin bu gün keçirilməsi nəzərdə tutulmuşdu.

 

“Aran” İA

 

 

  • Yazılıb
  • da (də) 2010 Nov 22