IIR servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasında dünya şöhrətli qız oyuncağı “Barbie” kuklalarının alternativinin istehsalına başlanılıb.
Yeni istehsal edilən “Fatimə” adlı kuklalar ötən gün mətbuata təqdim olunub. Uzun ayaqlı, sarı saçlı və mavi gözlü “Barbie”nin müqabilində “Fatimə”nin qırmızı yanaqları, böyük qəhvəyi gözləri, ənənəvi geyimi və hicabı var. “Fatimə” milli xüsusiyyətləri özündə daşıyan müsəlman-şərqli bir qız uşağının xarakterini özündə əks etdirir.
Ənənənvi dəyərləri mühafizə etmək üçün “Fatimə” kuklaların istehsal edildiyini deyən Hüseyn Homay Sereşt bu oyuncaqların düşmənin mədəni işğalına qarşı İranı müdafiə edəcəyini bildirib.
Yeni oyuncaq əhali tərəfindən böyük maraqla qarşılanıb.
“Aran” İA