Tarix : 2010 Nov 23
Kod 19715

Elmar Məmmədyarov ABŞ prezidenti ilə görüşüb

Görüşdə erməni naziri də iştirak edib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Lissabonda NATO-nun sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə ABŞ prezidenti Barak Obama, BMT-nin baş katibi Pan Gi-Mun və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında qısamüddətli görüşlər keçirilib. Bu haqda erməni KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, sammitdə çıxış edən Nalbəndyan deyib ki, Əfqanıstandakı vəziyyət coğrafi cəhətdən bu ölkədən uzaqda yerləşən dövlətlərin də narahatçılığına səbəb olub: “Elə buna görə də, Ermənistan Əfqanıstanın təhlükəsizliyinə kömək edən beynəlxalq güclərə qoşulub və öz rolunu artırmağa hazırdır”.

Erməni nazir onu da vurğulayıb ki, Ermənistan siyasi, iqtisadi və humanitar sferalarda uzunmüddətli əməkdaşlıq məsələlərində beynəlxalq cəmiyyət tərəfindən təşəbbüs edilən addımlara səy göstərməyə hazırdır.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 23