Tarix : 2010 Nov 23
Kod 19716

Bakıda kütləvi dava düşüb

Ciddi xəsarət alanlar var
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Sabunçu rayonunda kütləvi dava düşüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, bir neçə şəxs arasında düşən dava zamanı iki nəfər xəsarət alıb.

Dava iştikaçılarından biri xuliqanlıq zəminində qarşı tərəfdən olan Əfqan İsgəndərova bıçaqla kürək nahiyəsindən xəsarət yetirib, Asif Dünyamalıyevinisə çənəsini sındırıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində hadisəni törədən Zabit Kərimov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Davada xeyli sayda şəxs iştirak edib. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 23