Tarix : 2010 Nov 23
Kod 19717

Misir Mərdanov: “Nə şagirdlər, nə də müəllimlər hicabla dərsdə iştirak edə bilməz”

Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin mövqeyini dəstəkləyir. Bəs qanun necə, bu qadağanı dəstəkləyirmi?
Azerbaijan servsi/Aran agentliyi

“Yeni Şərq”in Lent.az-a istinadən verdiyi məlumata görə, Təhsil naziri Misir Mərdanov müxtəlif təhsil müəssisələrində hicaba qarşı qoyulan qeyri-qanuni qadağaları dəstklədiyini bildirib. Nazir “Heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməz”, - deyə jurnalistlərə açıqlamasında söyləyib.

Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin dərsə buraxılmaması barədə şikayətlər eşidilir. Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, orta məktəblərdə 1-ci sinifdən 11-ci sinfə qədər hər bir məktəbli məktəbli formasında dərslərdə iştirak etməlidir. Ali məktəbdə isə birinci kursdan sonuncu kursa qədər də tələbələr analoji qaydalara əməl etməlidirlər.

Misir Mərdanov vurğulayıb ki, əgər orta məktəblərdə şagirdlər məktəbli formasında dərslərdə iştirak etmirlərsə, o halda həmin şagirdin dərsə buraxılıb-buraxılmaması məsələsini məktəb rəhbərliyi özü həll edir.

Qeyd edək ki, Misir müəllimdən fərqli olaraq Azərbaycan Respublikasının nə konstitusiyası, nə də digər qanunları təhsil müəssiəsində hicaba qadağanı dəstəkləmir. O zaman bu qadağa ya qanunvericiliyə qarşı çıxmaq, ya da ölkənin yazılmış qanunlarndan daha üstün yazılmamış “məmur qanunları”nın olması deməkdir.

 

Yeni Şərq

 

  • Yazılıb
  • da (də) 2010 Nov 23