Tarix : 2010 Nov 23
Kod 19721

Dinşünaslar təhsildə Hicab qadağasına etiraz edirlər

Hacı Elşən Mustafaoğlu: “İslam dəyərləri azərbaycanın özününküdür, bu hardansa gəlmə deyil bu bizə yad olan bir ən-ənə deyil”
Azerbaijan servsi/Aran agentliyi

Hacı Elşən Mustafaoğlu: “İslam dəyərləri azərbaycanın özününküdür, bu hardansa gəlmə deyil bu bizə yad olan bir ən-ənə deyil”

Hacı Əhliman Rüstəmov: “Mən bu cür qadağalara qəti olaraq etirazımı bildirirəm”

Hacı İlqar İbrahimoğli: “Bizim bu gün apardığımız monitorinqlər heç də məktəbə buraxılmamağı özündə əks etdirmir”

 

“Heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməz”. Lent.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib.

Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin dərsə buraxılmaması barədə şikayətlər eşidilir. Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, orta məktəblərdə hər bir məktəbli 1-ci sinifdən 11-ci sinfə qədər məktəbli formasında dərslərdə iştirak etməlidir. Ali məktəbdə isə birinci kursdan sonuncu kursa qədər də tələbələr analoji qaydalara əməl etməlidirlər.

Misir Mərdanov vurğulayıb ki, orta məktəblərdə şagirdlər məktəbli formasında dərslərdə iştirak etmirlərsə, o halda həmin şagirdin dərsə buraxılıb-buraxılmaması məsələsini məktəb rəhbərliyi özü həll edir.

Məsələ ilə bağlı DEVAMM sədri, ilahiyyatçı-alim Hacı İlqar İbrahimoğluna müraciət etdik. Öz növbəsində DEVAMM sədir Hacı İlqar İbrahimoğlu məktəblərdə monitorinq apardıqlarını vurğladı. “Bizim bu gün apardığımız monitorinqlər heç də məktəbə buraxılmamağı özündə əks etdirmir, əksinə bizdə olan məlumatlara görə, Bakının 95 faiz məktəblərində belə bir problemlər yoxdur. Sadəcə olaraq məktəb direktorları müxtəlif cür səylər edir, ancaq konkret olaraq, buraxılmamaq halı yoxdur. Və biz bu məsələni hal-hazırda araşdırıq və günün sonunda DEVAMM-ın bununla bağlı açıqlaması olacaqdır.”

Daha sonra məsələyə münasibət öyrənmək üçün “Yeni Şərq” elmi araşdırmalar mərkəzinin rəhbəri Elşən Mustafaoğlu müraciət etdik. “Azərbaycanda bütün dünya ölkələrində olduğu kimi əsas olaraq konstitusiya götürülür. Konstitusiyadan irəli gələn bütün insanların hüquqları digər qanunlarda da təsdiq edilir. Heç bir qanun konstitusiyaya qarşı tətbiq edilə bilməz. Bu konstitusiyaya uyğun şəkildə Azərbaycan Respublikasında da təhsil haqqında qanun qəbul edilib. Bu qanuna əsasən bütün vətəndaşların o cümlədən əqidəsinə uyğun olaraq başını bağlayan xanımlarında. Qanun müstəvisində heç bir belə qadağa mövcud deyil. Hicab taxmaq ona riayyət etmək hər bir vətəndaşın öz seçimidir. Bunu qanunla qadağa etmək ən azından konstitusiyaya edilən hörmətsizlikdir. Təsildə də əsas qızların tələbələrin başının çölü deyil başının içidir. İnsan məktəbə oxumağa öyrənməyə gedir. Bu gün Azərbaycan tələbələrinin,şagirdlərinin bu cür xoşagəlməz hal ilə yəni onların qanuni haqlarının pozulması hüquqi dövlət quruluculuğu istiqamətində ölkəmiz üçün dövlətimiz üçün böyük bir zərbədir. Dindar insanlarla dövlət orqanları arasında sanki bir çaxnaşma salmağa çalışan adamlar var. Dindar insanları küsdürən,dindar insanları incik salan bir addım olardı ki, onların ailələrini təmsil edən qızları,bacıları təhsil ocaqlarına başıörtülü gedə bilməsin. Bu gün dünyanın bütün sivil ölkələrində Avropa ölkələrində o cümlədən ABŞ-da həm müəllimlər həm professorlar eyni zamanda tələbələr rahat şəkildə öz hicablarına riayyət edirlər. Mən şəxsən özüm ABŞ-ın təhsil mərkəzlərində olmuşam və orda müəllim heyətindən tutmuş tələbə heyəti ilə görüşlərdə olmuşam onlar əgər başların bağlayırlarsa elə o cürdə məktəblərə gedirlər. Nəyə görə müsəlman ölkəsi olan azərbaycanda gəlib bizə desinlər ki, hicablı məktəbə daxil olmaq olmaz. Axı niyə ? Bu kimə mane olur ? Bu insanın əqidəsinin azadlığıdır. Əgər belə bir şey təhsil sistemi üçün zərərli olsaydı bunu elə qərb ölkələrində də qəbul edərdilər. Sırf dini nöqteyi nəzərdən məsələyə yanaşdıqda əqidəli insanda vətəndaşdı. Və o vətəndaş başını örtür onun dini inancıdır. Və konstitusiyada vardır ki, onun dini inancını gercəkləşdirsin. Əgər hicablı qadınların istər cəmiyyətdə istər təhsildə rolu qan tökmək, qarşıdurma yaratmaq olsaydı bu başqa məsələ axı belə deyil. Bu cür olmadığı halda ilahi dinlərə mənsub olanların geyim tərzi insanların öz hüquqlarıdır. Bu cür hallar birbaşa olaraq dindarların təhqir olunması deməkdir. Bizim indi birliyə ehtiyacımız olduğu halda dindarları dövlətdən küsdürməyin adı nədir? Axı neyləsin onda bizim başını bağlayan balalarımız? Biz Azərbaycandan köçüb getməli deyilik axı. Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür, Azərbaycan bayrağında müsəlman olmağımızı əks etdirən yaşıl rəng mövcuddur, Azərbaycan preizdenti and içəndə konstitusiya ilə yanaşı Qurana and içir. Bunları əsas götürərək Azərbaycanda dini inanclı insanları bu qədər dövlətdən küskün salmaq lazım deyil. Bundan əlavə Azərbaycanda Qurban,Fitr və başqa dini bayramlar rəsmi şəkildə qeyd edilir. İslam dəyərləri azərbaycanın özününküdür, bu hardansa gəlmə deyil bu bizə yad olan bir ən-ənə deyil. Axı Azərbaycanda həmişə başı bağlı qızlar olub. Bu məsələ bir dəfə parlametdə də müzakirə edildi. Millət vəkilləri bu cür qadağanı pislədilər onlar bunu qanunla qadağa edilməsinin əleyhinə çıxdılar. Mən Təhsil Naziri cənab Misir Mərdənova sual vermək istəyirəm, axı nəyə görə müsəlman ölkəsi olan Azərbaycanda hicablı qızlar məktəbə gedə bilməz , amma ABŞ-da gedə bilər ?

Mən bir başa bu məsələ ilə bağlı olan qurumlardan,insanlardan xahiş edirəm bu məsələni bu cür həll etməyək gəlin birlikdə əl-ələ verib başqa problemlərimizlə məşğul olaq. Təhsil sistemində bir sürü problemler vardır bu gün onların həlli üçün çalışmalı olduğumuz halda niyə yeni problemlərə təkan verək. ”

Digər müsahibimiz Hacı Cavad məscidinin imam camatı, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bu cür qadağalara kəskin etirazını bildirdi. “Mən bu cür qoyulan qadağalara öz etirazımı bildirirəm. İstər parlament tərəfindən qəbul edilsin istər edilməsin biz bu cür qadağaya öz etirazımızı bildiririk.”

“Heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməz”. Lent.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib.Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin dərsə buraxılmaması barədə şikayətlər eşidilir. Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, orta məktəblərdə hər bir məktəbli 1-ci sinifdən 11-ci sinfə qədər məktəbli formasında dərslərdə iştirak etməlidir. Ali məktəbdə isə birinci kursdan sonuncu kursa qədər də tələbələr analoji qaydalara əməl etməlidirlər.Misir Mərdanov vurğulayıb ki, orta məktəblərdə şagirdlər məktəbli formasında dərslərdə iştirak etmirlərsə, o halda həmin şagirdin dərsə buraxılıb-buraxılmaması məsələsini məktəb rəhbərliyi özü həll edir.

Məsələ ilə bağlı DEVAMM sədri, ilahiyyatçı-alim Hacı İlqar İbrahimoğluna müraciət etdik. Öz növbəsində DEVAMM sədir Hacı İlqar İbrahimoğlu məktəblərdə monitorinq apardıqlarını vurğladı. “Bizim bu gün apardığımız monitorinqlər heç də məktəbə buraxılmamağı özündə əks etdirmir, əksinə bizdə olan məlumatlara görə, Bakının 95 faiz məktəblərində belə bir problemlər yoxdur. Sadəcə olaraq məktəb direktorları müxtəlif cür səylər edir, ancaq konkret olaraq, buraxılmamaq halı yoxdur. Və biz bu məsələni hal-hazırda araşdırıq və günün sonunda DEVAMM-ın bununla bağlı açıqlaması olacaqdır.”

 

  • Yazılıb
  • da (də) 2010 Nov 23