Tarix : 2010 Nov 23
Kod 19736

Türkiyədə azərbaycanlı hacıları daşıyan avtobus aşıb

Türkiyədə içərisində azərbaycanlı zəvvarlar olan avtobus qəzaya uğrayıb. Zəvvarlar Həcc ziyarətindən vətənə qayıdırdılar
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Türkiyədə içərisində azərbaycanlı zəvvarlar olan avtobus qəzaya uğrayıb.Zəvvarlar Həcc ziyarətindən vətənə qayıdırdılar.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumatı təsdiq edib. O, bildirib ki, avtobusda 31 Azərbaycan və 3 nəfər Türkiyə vətəndaşı olub.

Qafqaz Müsəlmanları İdarəsi rəsmisinin bildirdiyinə görə, qəzayauğrayan hacıları Azərbaycana gətirən avtobus ikinci karvanda olub. Birinci karvan isə artıq Gürcüstan-Azərbaycan sərhədinə yaxınlaşır. Onların sabah səhər tezdən Bakıda olacağı gözlənilir.

Qəza nəticəsində dünyasını dəyişən Azərbaycan vətəndaşlarının adları hələlik bəlli deyil. Onların Bakının Sahil qəsəbəsinin sakinləri olduğu bildirilir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 23