Gürcüstan servisi/Aran agentliyi
Gürcüstan, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həll edilməsi niyyətini sübut etmək məqsədi ilə birtərəfli təşəbbüslə çıxış edərək bəyan edir ki, Gürcüstan ərazi bütövlüyünü bərpa etmək üçün heç vaxt güc tətbiq etməyəcək. Belə bir bəyanatla Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Avropa Parlamentinin tribunasında çıxışı edib.
“Rusiya ilə münaqişənin sülh yolu həll etmək istədiyimizi sübut etmək üçün bu gün birtərəfli təşəbbüslə çıxış edərək, bəyan edirik ki, Gürcüstan ərazi bütövlüyünü və suverenitetini bərpa etmək üçün güc tətbiq etməyəcək və ancaq sülh vasitələrindən istifadə edəcək”,- deyə Gürcüstan dövlət başçısı bildirib.
Xatırladaq ki, 2008-ci ildə Gürcüstanla Rusiya arasında beş günlük müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Öz növbəsində Gürcüstan bu torpaqları işğal olunmuş ərazilər elan edib və Rusiya ilə diplomatik əlaqələri kəsib.