Tarix : 2010 Nov 26
Kod 19755

Zərdabda Qədir-Xum bayramı möhtəşəm tədbirlə qeyd olundu

İslam tarixində böyük önəm daşıyan Qədir-Xum hadisəsi ilə bağlı maraqlı çıxışlar, söhbətlər bu tədbirdə yer alıb
Azerbaijan servsi/Aran agentliyi

"Yeni Şərq"in verdiyi məlumata görə, dünən, 24 noyabr tarixində Zərdab rayonunda Qədir-Xum bayramı münasibətilə möhtəşəm tədbir keçirilib. İslam tarixində böyük önəm daşıyan Qədir-Xum hadisəsi ilə bağlı maraqlı çıxışlar, söhbətlər bu tədbirdə yer alıb.

Tədbirin bədii hissəsində adıçəkilən hadisə ilə bağlı səslənən şerlər bu yığıncağa xüsusi gözəllik bəxş edib. Bundan başqa, tədbirdə Qədir-Xum ilə bağlı musiqilər səslənib, qəlbləri o tarixi günə aparan mahnılar ifa olunub.

Tədbir Zərdab əhalisinin böyük sevinc və marağına səbəb olub. Yığıncaqda qonaqlar üçün şirniyyat süfrəsi də təşkil olunub. Zərdabın müxtəlif kəndlərindən buraya qatılan müsəlmanlar Qədir-Xum hadisəsi ilə bağlı çox maraqlı faktlarla tanış olublar.

Zərdab məscidinin axundu Hacı Feyzulla Tağıyev də bu günün tarixi və əhəmiyyəti barədə nitq söyləyib. Zərdabın fəal müsəlmanlarından olan Rauf Rəfiyev, Səxavət Əliyev, Nizami Məmmədov, Elyar Seyidov, Rövşən Əhmədov və başqaları bayramın əhəmiyyəti haqda söz açıb, Zərdabda belə tədbirlərin keçirilməsinin çox vacib olduğunu vurğulayıblar.

 

"Yeni Şərq"

  • Yazılıb
  • da (də) 2010 Nov 26