yaxın zamanlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək
Beynalxalq servsis/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, yaxın zamanlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Xarici işlər nazirlərinin görüşü haqda məlumatı dünən Bakıda keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami verib.
Səfir bildirib ki, İran dövlət başçısı Mahmud Əhmədinejadın Bakıya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Mənuçöhr Müttəki arasında Tehranda belə bir görüşün keçirilməsi barədə razılıq əldə edilib.
“Aran” İA