Sorğuda iştirak edənlərin ümumi sayı 182 nəfər olub. İlk səs vermə 7 noyabr, son səs vermə 23 noyabrda gerçəkləşib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən “Birlik” İnformasiya Mərkəzi “Azərbaycanın tanınmış dini-ictimai xadimlərindən kimi millət vəkili görmək istərdiniz?” sualıyla “birlik.az” saytı izləyiciləri arasında sorğu keçirib.
Sorğuda iştirak edənlərin ümumi sayı 182 nəfər olub. İlk səs vermə 7 noyabr, son səs vermə 23 noyabrda gerçəkləşib.
16 gün ərzində aparılan sorğunun nəticələrinə görə, izləyicilərin əksəriyyəti Azərbaycanın tanınmış dini-ictimai xadimlərindən Elşən Mustafaoğlunu millət vəkili görmək istədiyini bildirib.
Daha sonrakı yerləri Şahin Həsənli, Mövsüm Səmədov və İlqar İbrahimoğlu bölüşdürüblər.
Sorğunun ümumi nəticələri belə olub:
1. Elşən Mustafaoğlu
52 səs - 28.6%;
2. Şahin Həsənli
26 səs - 14.3%;
3. Mövsüm Səmədov
20 səs - 11%;
4. İlqar İbrahimoğlu
19 səs - 10.4%;
5. Namiq Babaxan
18 səs - 9.9%;
6. Heç birini
18 səs - 9.9%;
7. Gündüz Hacıyev
10 səs - 5.5%;
8. Zülfüqar Mikayılzadə
8 səs - 4.4%;
9. Digərini
4 səs - 2.2%;
10. Ceyhun Cəfərov
3 səs - 1.6%;
11. Hacıağa Nuri
2 səs - 1.1%;
12. Yusif Bağırov
2 səs - 1.1%.
“Aran” İA